Dünyanın ən güclü donanmaları – Azərbaycanın yeri
28 Yanvar 2026, 22:22
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
764
22.12.2019, 17:14
Milyonçu Freddi Fiqqersin həyatı nağılı xatırladır. 1989-cu ildə ABŞ-ın Florida ştatında dünyaya göz açan körpəni anası zibilliyə atır.
Oxu24.com oxu.az-a istinadən bildirir ki, o vaxt qadının ağlına da gəlmir ki, bu körpəni necə bir gələcək gözləyir.
"World of Buzz" milyonçunun həyatı haqqında məlumat yayıb.
Çarəsiz körpəni yoldan keçənlər görür və polisə xəbər edirlər. Uşaq xəstəxanaya yerləşdirilir, daha sonra isə bir ailəyə övladlığa verilir. Figgers ailəsi uşağa Freddi adını verir.
Uşaq özünü dərk edəndən sonra onu övladlığa götürmüş valideynləri əsl həqiqəti açıqlayırlar. Freddi həqiqəti bildiyi vaxtı belə xatırlayır:
Həmçinin oxuyun
"Bir az böyüyəndən sonra valideynlərim mənə hər şeyi danışdılar. Düzünü deyim ki, mən buna görə çox narahat olur və utanırdım".
Freddinin 9 yaşı olanda atası ona işlənmiş kompüter alır. Məqsədi uşağın başını qatmaq və narahat edən problemlərdən uzaqlaşdırmaq olur. Lakin elə bu hədiyyə ilə uşaq başa düşür ki, gələcəyi texnologiyalarla bağlı olacaq.
13 yaşına kompüter təmirinə başlayan Freddi artıq 15 yaşında özünün kompüterlərin təmiri ilə məşğul olan şirkətini qurub.
Çox keçmir ki, yeniyetmə GPS-treker ixtira edir. Ayaqqabıya yerləşdirilən bu qurğunu Freddi valideynlərini izləmək üçün istifadə edir. Lakin bu cihaza böyük tələbat yaranır və Freddi buna görə, 2,2 milyon dollar qazanır.
Hazırda zibillikdən tapılan körpə "Figgers Wireless" adlı şirkətin sahibidir. Onun varidatı 62 milyon dollardan artıqdır.
22:27 / 28 Yanvar 2026
23
22:22 / 28 Yanvar 2026
20
22:19 / 28 Yanvar 2026
34
22:16 / 28 Yanvar 2026
22
22:10 / 28 Yanvar 2026
63
22:10 / 28 Yanvar 2026
34
22:00 / 28 Yanvar 2026
32
21:56 / 28 Yanvar 2026
32
21:50 / 28 Yanvar 2026
45
21:31 / 28 Yanvar 2026
77
21:19 / 28 Yanvar 2026
60
21:00 / 28 Yanvar 2026
80
20:59 / 28 Yanvar 2026
754
20:53 / 28 Yanvar 2026
75
20:43 / 28 Yanvar 2026
125
20:28 / 28 Yanvar 2026
98
20:20 / 28 Yanvar 2026
90
20:14 / 28 Yanvar 2026
86
20:07 / 28 Yanvar 2026
74
19:49 / 28 Yanvar 2026
228
19:36 / 28 Yanvar 2026
112
19:30 / 28 Yanvar 2026
77
19:26 / 28 Yanvar 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.