May ayında onlar varlanacaqlar
25 Aprel 2026, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
661
28.01.2026, 22:10
Məlum olduğu kimi dabaq xəstəliyi ilə əlaqədar 2025-ci ilin oktyabr ayının 25-də ölkə ərazisindəki mal bazarları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qapadılmışdı.
Xəstəliyin aradan qalxması səbəbilə regionlardakı əksər mal bazarları yeni tələblər səviyyəsində yenidən qurulduqdan sonra AQTA-nın qərarı ilə fəaliyyətlərini bərpa edib.
Nəzərə alaq ki, mal bazarları iri şəhərlərin əsas təchizatçısıdır. Bu da o deməkdir ki, bu bazarların yenidən fəaliyyətə başlaması təklifin artmasına gətirib çıxaracaq.
Bəs bu ətin qiymətinin aşağı düşməsinə səbəb olacaqmı?
Oxu24.com xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya danışarkən mal bazarlarının açılmasının bazarda təklifin artmasına və alqı-satqının canlanmasına səbəb ola biləcəyini deyib.
“Bu isə nəzəri olaraq qiymətlər üzərində müəyyən yumşaldıcı təsir yarada bilər. Lakin qısa müddətdə qiymətlərin ciddi şəkildə ucuzlaşması gözlənilmir. Çünki ət və mal-qara qiymətləri təkcə bazarın açıq və ya bağlı olmasından asılı deyil.
Yem xərcləri, daşınma, baytarlıq xidmətləri, idxal xərcləri və mövsümi amillər qiymətlərin formalaşmasında əsas rol oynayır. Mal bazarlarının fəaliyyəti daha çox qiymət artımının qarşısını almaq və bazarda süni qıtlıq riskini azaltmaq baxımından əhəmiyyətlidir.
Satıcı ilə alıcı arasında birbaşa əlaqənin bərpa olunması spekulyativ qiymətləri müəyyən qədər məhdudlaşdıra bilər. Nəticə etibarilə, mal bazarlarının açılması qiymətlərin kəskin düşməsinə yox, daha çox stabilləşməsinə təsir göstərə bilər. Əgər əlavə olaraq yem bazarında ucuzlaşma və idxalın artması baş verərsə, yalnız bu halda qiymətlərdə real eniş mümkün ola bilər”.Bakupost.az
Həmçinin oxuyun
13:50 / 25 Aprel 2026
20
13:40 / 25 Aprel 2026
23
13:25 / 25 Aprel 2026
21
13:05 / 25 Aprel 2026
38
12:52 / 25 Aprel 2026
49
12:47 / 25 Aprel 2026
64
12:44 / 25 Aprel 2026
109
12:42 / 25 Aprel 2026
47
12:29 / 25 Aprel 2026
263
12:20 / 25 Aprel 2026
65
12:08 / 25 Aprel 2026
410
11:33 / 25 Aprel 2026
70
11:32 / 25 Aprel 2026
59
11:03 / 25 Aprel 2026
58
11:01 / 25 Aprel 2026
106
10:59 / 25 Aprel 2026
68
10:58 / 25 Aprel 2026
39
01:08 / 25 Aprel 2026
887
00:59 / 25 Aprel 2026
393
00:22 / 25 Aprel 2026
376
23:49 / 24 Aprel 2026
142
23:35 / 24 Aprel 2026
359
23:21 / 24 Aprel 2026
388
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.