İnterpolun axtardığı şəxs Mersində tutuldu
05 Noyabr 2026, 22:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
36
05.11.2026, 22:20
İran rəsmisi Zerqami bildirib ki, Putin Tehran və Vaşinqton arasında birbaşa danışıqlara vasitəçilik etməyi təklif edib, lakin İran bu təklifi qəbul etməyib.
Oxu24.com xəbər verir ki,İranın Ali Kiberməkan Şurasının üzvü Ezzətullah Zerqami Rusiya prezidenti Vladimir Putinin Tehran və Vaşinqton arasında birbaşa danışıqlara başlamaq üçün vasitəçilik etmək istədiyini, lakin İranın bu təklifi qəbul etmədiyini bildirib.
İran dövlət televiziyasına danışan Zerqami, Putinlə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi arasında 2 noyabrda baş tutan telefon danışığı ilə bağlı məlumat verib.
Zerqami bildirib ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Putinlə söhbətində Vaşinqtonun İranla birbaşa danışıqlar masasına oturmaq istədiyini və bu məsələdə Rusiyanın vasitəçiliyini istəyib.
Zerqami bildirib ki, Vitkoff Putinə ABŞ-ın artıq vasitəçilərə ehtiyacı olmadığını və İranla birbaşa, üzbəüz danışıqlara üstünlük verdiyini çatdırıb. Bu tələbdən sonra Putin Rezayi ilə görüşmək üçün İrana iki nümayəndə göndərib və Tehrandan ABŞ ilə birbaşa danışıqlarla bağlı müsbət cavab verməsini istəyib.
İran rəsmisi bildirib ki, ABŞ-ın bu tələbi 2 noyabrda Rezai ilə Putin arasında telefon danışığı zamanı müzakirə olunub və Tehran bu təklifi rədd edib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Rezai bu gün Moskvada Putinlə görüşüb.
Putin ilə Rezai arasında 2 noyabrda baş tutan telefon danışığının məzmunu və ya Rezainin bu günkü görüşləri ilə bağlı Tehrandan hələlik heç bir rəsmi açıqlama verilməyib.
Jalə
22:33 / 05 Noyabr 2026
1
22:27 / 05 Noyabr 2026
24
22:14 / 05 Noyabr 2026
37
22:06 / 05 Noyabr 2026
45
21:53 / 05 Noyabr 2026
44
21:50 / 05 Noyabr 2026
75
21:50 / 05 Noyabr 2026
68
21:40 / 05 Noyabr 2026
63
21:35 / 05 Noyabr 2026
82
21:27 / 05 Noyabr 2026
288
21:25 / 05 Noyabr 2026
77
21:15 / 05 Noyabr 2026
187
21:14 / 05 Noyabr 2026
82
21:00 / 05 Noyabr 2026
214
20:58 / 05 Noyabr 2026
100
20:47 / 05 Noyabr 2026
168
20:44 / 05 Noyabr 2026
94
20:37 / 05 Noyabr 2026
117
20:22 / 05 Noyabr 2026
226
20:19 / 05 Noyabr 2026
139
20:11 / 05 Noyabr 2026
286
20:07 / 05 Noyabr 2026
98
19:59 / 05 Noyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.