Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə məktəblərində başörtüsü qadağası var... 

Türkiyə məktəblərində başörtüsü qadağası var... 

DÜNYA

10805

18.10.2026, 14:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda ümumtəhsil məktəblərində şagirdlərin geyim forması mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən mərkəzi qaydada tənzimlənir. Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilən məktəbli forması standartları dünyəvi təhsil sisteminin prinsiplərinə tam uyğun olaraq müəyyənləşdirilib.

Buraya vahid geyim formasının tətbiqi, şagirdlərin xarici görünüşü və ümumi intizam qaydaları daxildir.

Oxu24.com  xəbər verir ki, son günlərdə bu məsələ Türkiyənin mühafizəkar və dindar media qurumlarında, eləcə də ictimai platformalarda Azərbaycana qarşı qərəzli müzakirə obyektinə çevrilir.

Bəzi dairələr və radikal qruplar Azərbaycandakı məktəb geyimi qaydalarını (xüsusilə dünyəvi prinsipləri qorumaq məqsədilə tətbiq olunan məhdudiyyətləri) hədəf alır, hətta bütün sərhədləri aşan təhqiramiz şərhlərə yol verirlər. Lakin qardaş ölkənin özündə təhsil qanunvericiliyinə nəzər saldıqda, Türkiyənin illərdir içində olduğu ziddiyyətlər, uşaq psixologiyasına və hüquqlarına zidd olan birtərəfli tənzimləmələr açıq-aydın görünür.

Bəs görəsən, Azərbaycana ağıl verməyə çalışanlar öz ölkələrindəki bu sərt və qüsurlu reallığı nə vaxt görməzdən gəlməyi tərgitəcəklər?

Türkiyədə məktəb geyimlərinin çərçivəsini tənzimləyən əsas sənəd Baş Bakanlığın (Nazirlər Kabinetinin) 26.11.2012-ci il tarixli və 2012/3959 nömrəli Qərarı ilə təsdiq edilmiş “Millî Eğitim Bakanlığına Bağlı Okul Öğrencilerinin Kılık ve Kıyafetlerine Dair Yönetmelik”dir.

Bu qaydalara 27 sentyabr 2014-cü ildə edilən dəyişikliklə orta məktəb (V–VIII siniflər) və liseylərdə şagirdlərin başını örtməsinə qoyulan məhdudiyyət rəsmən aradan qaldırıldı.

Yəni Türkiyədə hələ uşaq sayılacaq 5-ci sinif şagirdlərinə (təxminən 10 yaş) məktəbdə başörtüsü ilə təhsil almağa icazə verildi. Məktəbləri ideoloji mübarizə meydanına çevirən bu qərar cəmiyyətdə radikallaşmanın təhsil ocaqlarına daşınmasına şərait yaratdı.

Maraqlıdır ki, Türkiyə hökuməti yuxarı siniflərdə bu “sərbəstliyi” təmin etdiyini iddia etsə də, qanunvericilikdəki digər bir maddə onların məsələyə nə qədər qərəzli və qeyri-ardıcıl yanaşdıqlarını üzə çıxarır. Həmin qaydaların “Geyim məhdudiyyətləri” adlanan 4-cü maddəsinin e) bəndinə əsasən:

“Şagirdlər məktəbəqədər təhsil müəssisələrində və ibtidai məktəblərdə məktəb daxilində başı açıq olurlar”.

2014-cü ildə qaydalara dəyişiklik edilərkən bu maddə xüsusi olaraq qorunub saxlanılmış və yenidən təsdiq edilmişdir. Nəticə etibarilə, Türkiyənin mövcud təhsil qanunvericiliyi uşaqların yaşı ilə bağlı absurd bir ayrı-seçkilik yaradır: 10 yaşlı uşağa başını örtməyə icazə verildiyi halda, ibtidai sinif və bağça dövründəki azyaşlılar üçün məcburi başıaçıq olma tələbi saxlanılır. Bu isə o deməkdir ki, Türkiyə dövləti hətta uşaqların təməl hüquqları və inkişaf mərhələləri məsələsində belə siyasi konyunkturanın təsirindən qurtula bilmir, məktəbləri ziddiyyətli qərarların qurbanına çevirir.

Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təhsilin dünyəvi xarakterini qoruyur, bütün vətəndaşlarına bərabər və vahid standartlara əsaslanan mühit təqdim edir. Türkiyə isə daxili siyasətinə qurban verdiyi, uşaqların təhsil hüququnu və psixoloji bütövlüyünü siyasi maraqlara alət edən qüsurlu təhsil modeli ilə baş-başa qalıb. Öz daxilindəki bu hüquqi və sosioloji böhranları həll edə bilməyənlərin Azərbaycanın suveren qərarlarını tənqid etməyə mənəvi haqqı çatmır.

Qafqazinfo

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

12:46 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! 

109

1
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

12:39 / 08 Noyabr 2026

HƏRBİ HƏRBİ

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib 

111

0
Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

12:35 / 08 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əhaliyə xəbərdarlıq!Qar yağacaq,0-2° şaxta olacaq

649

0
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

12:29 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür 

138

1
Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

12:28 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

135

0
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

12:27 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir 

119

0
Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

12:22 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan lideri: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar 

124

0
Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

12:17 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Xankəndidə keçmiş icra hakimiyyətinin binası Zəfər Muzeyi olacaq 

122

0
Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

12:16 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ali Baş Komandan: Düşmənin beli döyüş meydanında qırıldı 

138

0
Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

12:14 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi 

146

0
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb 

12:05 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb 

287

0
Prezident İlham Əliyev xalqa müraciət edib 

11:59 / 08 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev xalqa müraciət edib 

786

0