Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
03 Noyabr 2026, 01:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
355
13.10.2026, 16:28
Son həftələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin məktəblərdə vahid geyim formalarının standartlaşdırılması və pedaqoji heyətin geyim qaydaları ilə bağlı yeni qərarları həm də İran mediasında, sosial şəbəkələrində müzakirə edilir və bu məqamdan ölkəmizə qarşı təbliğat üçün sui-istifadə edilir.
Bəs, başörtüsününü məcburi olduğu İran İslam Respublikasında reallıq necədir?
Oxu24.com xəbər verir ki, İranda orta məktəb, universitetlər və rəsmi idarələrdəki başörtüsü ilə ictimai yerlərdəki başörtüsü arasında xeyli fərq var. Başını bağlamayanlara qarşı sərt cəzalar tətbiq edilsə də, cəmiyyətdə başörtüsü simvolik olaraq qəbul edilir.
Nümunələri təqdim edək:
Orta məktəblərdə
Saçın tamamilə görünməməsi məcburiyyəti yoxdur, əksinə, bəzi uşaqlar bu məcburi başörtüsünü bəzək formasına çevirir:
Ali məktəblərdə
Ali məktəblərdə də qızların başörtüsündən tamamilə boyun-boğaz və saçını gizləmək üçün istifadə etmədiyi üzə çıxır:
Rəsmi idarələrdə
Rəsmi qurumlarda başın örtülməsi daha ciddi və rəsmidir:
Ticarət mərkəzlərində
İran cəmiyyəti üçün ən səmərəli istirahət, gəzinti yerlərindən biri də ticarət mərkəzləridir. Bu mərkəzlərdə xanımlar ümumiyyətlə başörtüsündən istifadə etmirlər:
Şəhərə çıxarkən xanımlar adətən yüngül başörtülərindən (baş yaylığı, kəlağayı və s.) istifadə edirlər. Bu zaman saçın və üzün əhəmiyyətli hissəsi açıq olur. Bəzi hallarda isə başörtüsü çiyinə sürüşür və bu, adi qəbul olunur:
Bu baxımdan qəribədir ki, İran sosial şəbəkələrində İslam Respublikasının özündə tətbiqi mümkün olmayan, yalnız efirdə nümayiş etdirilən “tərz”in Azərbaycanda təbliğinə çalışılır.
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.