Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi
24 Oktyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
262
15.08.2026, 18:42
ABŞ-ın Arizona ştatının Feniks şəhərində iki sərnişin təyyarəsi eyni çağırış kodundan istifadə etdiyi üçün havada bir-birinə təhlükəli dərəcədə yaxınlaşıb. Nəzarət dispetçerinin vaxtında müdaxiləsi nəticəsində mümkün toqquşmanın qarşısı alınıb.
Oxu24.com -ın türk mediasına istinadən məlumatına görə, dispetçer Feniksdən havaya qalxan və Çikaqodan gələn iki “American Airlines” təyyarəsinin hər ikisinin “American 2482” çağırış kodundan istifadə etdiyini müəyyən edib.
Təyyarələr bir-birinə doğru hərəkət etdiyi üçün dispetçer onların təhlükəsiz məsafədə qalmasını təmin etmək məqsədilə pilotlara fərqli uçuş hündürlükləri təyin edib. Həmçinin Feniksdən havaya qalxan təyyarənin pilotuna müəyyən edilmiş hündürlükdən yuxarı qalxmamaq tapşırılıb.
Bununla da təyyarələrin havada toqquşmasının qarşısı alınıb. Hər iki təyyarə daha sonra uçuşunu təhlükəsiz şəkildə davam etdirib.
“American Airlines” şirkətindən verilən açıqlamada isə bildirilib ki, hava hərəkətinə nəzarət dispetçerlərinin və pilotların diqqəti və peşəkarlığı sayəsində təhlükəsiz məsafə qorunub, problem vaxtında müəyyən edilərək aradan qaldırılıb.
Şirkət hər iki reysin təhlükəsiz və hər hansı insident baş vermədən davam etdiyini açıqlayıb.
Hadisə ilə bağlı ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və “American Airlines” tərəfindən araşdırma aparılır.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.