Rusiya Ukraynanın 1198 dronunu vurub
13 Noyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
258
24.10.2026, 11:34
Fransada 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində Marin Le Penin mümkün qələbəsi ölkədə yaşayan müsəlmanlar arasında ciddi narahatlıq yaradıb. Musavat.com xəbər verir ki, “Marianne” jurnalının sorğusu belə qənaət yaradıb.
Sorğunun nəticələrinə görə, Fransa müsəlmanlarının 46 faizi Le Penin prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkəni tərk edə bilər. Respondentlərin 81 faizi isə ayrı-seçkiliyin güclənəcəyindən ehtiyat edir. Bundan başqa, sorğuda iştirak edənlərin 41 faizi ədalətsiz hesab etdikləri qanunlara əməl etməkdən imtina edə biləcəklərini bildirib. Bu göstərici Fransada mümkün siyasi dəyişikliklərin cəmiyyətin müxtəlif təbəqələrində fərqli reaksiyalar doğura biləcəyini göstərir. Marin Le Pen isə CNews telekanalının efirində ölkəni tərk etməyi düşünən müsəlmanlara müraciət edərək özü haqqında guya yanlış təbliğat aparıldığını iddia edib. Amma elə həmin müsahibədə o, hicabın tədricən qadağan edilməsi təşəbbüsü ilə bağlı da açıqlamalar verib.
Глава фракции партии Национальное объединение в нижней палате парламента Франции Марин Ле Пен - ИноСМИ, 1920, 23.10.2026Sorğunun nəticələri ərəbdilli mediada geniş müzakirə olunub. Bununla yanaşı, sorğuda Fransa müsəlmanlarının 48 faizinin “Müsəlman Qardaşları” hərəkatı ilə əlaqəli təşkilatların qadağan edilməsini dəstəklədiyi də qeyd olunur.Belə görünür ki, 2027-ci il seçkiləri Fransada təkcə siyasi hakimiyyət uğrunda mübarizə deyil, həm də dini azadlıqlar, milli kimlik və immiqrasiya siyasəti ilə bağlı mübahisələrin əsas mövzularından biri olacaq.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron təxminən yeddi aydan sonra Yelisey sarayını tərk etməli olacaq. Ölkə Konstitusiyasına əsasən, o, ardıcıl üçüncü müddətə prezident seçkilərində namizədliyini irəli sürə bilməz.
12:57 / 13 Noyabr 2026
1
12:45 / 13 Noyabr 2026
40
12:32 / 13 Noyabr 2026
56
12:20 / 13 Noyabr 2026
52
12:17 / 13 Noyabr 2026
50
12:08 / 13 Noyabr 2026
331
11:55 / 13 Noyabr 2026
76
11:45 / 13 Noyabr 2026
138
11:40 / 13 Noyabr 2026
80
11:21 / 13 Noyabr 2026
263
11:15 / 13 Noyabr 2026
91
11:12 / 13 Noyabr 2026
160
11:00 / 13 Noyabr 2026
93
10:50 / 13 Noyabr 2026
88
10:45 / 13 Noyabr 2026
129
10:39 / 13 Noyabr 2026
105
10:25 / 13 Noyabr 2026
106
10:22 / 13 Noyabr 2026
203
10:20 / 13 Noyabr 2026
93
10:08 / 13 Noyabr 2026
429
10:02 / 13 Noyabr 2026
97
09:51 / 13 Noyabr 2026
191
09:46 / 13 Noyabr 2026
1369
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.