Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi
24 Oktyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
257
13.08.2026, 20:41
Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağış ailə faciəsinə səbəb olub.
Oxu24.com yerli mediaya istinadən xəbər verir ki, Hamzalı kəndinin yüksək ərazilərində yağan leysan nəticəsində Zıva çayının su səviyyəsi qalxıb və daşqın baş verib. Çayın kənarında piknik edən Mehmet və Zekiye Kırca cütlüyü, onların qızları Burcu və Burçin Kırca selə düşüblər.
Mehmet Kırca öz imkanları ilə xilas ola bilsə də, həyat yoldaşı və iki qızı güclü axında itkin düşüb. Hadisə yerinə AFAD, jandarm, polis, yanğınsöndürmə, təcili tibbi yardım və digər qurumların əməkdaşları cəlb olunublar.
Axtarışlar zamanı 31 yaşlı Burcu və 26 yaşlı Burçinin cəsədləri hadisə yerindən təxminən 10 kilometr uzaqlıqda tapılıb. Bir gün sonra isə 57 yaşlı ana Zekiye Kırcanın cansız bədəni çay boyunca 6 kilometr aralıda aşkarlanıb.
Ailənin tətil üçün İstanbuldan doğma Giresuna gəldiyi, piknikdən sonra geri qayıtmağı planlaşdırdığı bildirilib. Həyat yoldaşını və qızlarını itirən Mehmet Kırcanın “Uşaqlarını götürüb getdin, məni tək qoydun” sözləri faciənin ən ağrılı anına çevrilib.(Lent.az)


23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.