Güclü zəlzələ oldu
04 Oktyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
234
13.08.2026, 10:11
İran ABŞ və müttəfiqlərinin hava hücumundan müdafiə sistemlərinə qarşı yeni taktikalardan istifadə etməyə başlayıb.
Oxu24.com xəbər verir ki, bu ABŞ-ın The New York Times qəzetinin təhlilinində qeyd edilib.
Təhlildə bildirilir ki, Tehran münaqişə uzandıqca ABŞ-ın məhdudlaşan raket ehtiyatlarından da yararlanmağa çalışır. ABŞ rəsmiləri və ekspertləri də İranla müharibənin Amerika hava hücumundan müdafiə vasitələrinin ehtiyatını ciddi şəkildə azaltdığını bildirirlər.
Qəzetin yazdığına görə, İran son hücumlarda ballistik və qanadlı raketləri, eləcə də pilotsuz uçuş aparatlarını birlikdə tətbiq etməklə müdafiə sistemlərini yükləməyə çalışıb. Bu taktika Rusiyanın Ukraynada istifadə etdiyi hücum üsullarına bənzədilir.
Təhlildə həmçinin İranın hücum dairəsini genişləndirərək Yaxın Şərqdə ABŞ qüvvələrinin yerləşdiyi müxtəlif məntəqələri hədəfə aldığı qeyd olunur. İranın regional tərəfdaşları və proksi qruplarının da bu strategiyada rol oynadığı bildirilir.
ABŞ-ın İrana qarşı hərbi əməliyyatları nəticəsində Pentaqonun hava hücumundan müdafiə raketlərinin ehtiyatı əhəmiyyətli dərəcədə azalıb. The New York Times daha əvvəl ABŞ administrasiyasında İranla müharibənin davam etdirilməsinin Patriot və digər tutucu raketlərin ehtiyatını təhlükəli səviyyədə azalda biləcəyi ilə bağlı narahatlıqların olduğunu yazmışdı.
Müxtəlif hesablamalara görə, müharibə zamanı ABŞ 1 500-dən çox hava hücumundan müdafiə raketindən istifadə edib. Bu ehtiyatların bərpasının illər çəkə biləcəyi bildirilir.
İranın taktikasının əsas məqsədlərindən biri müdafiə sistemlərini eyni anda bir neçə istiqamətdən gələn hədəflərlə yükləməkdir. Raket və dronların kombinasiyası ABŞ və müttəfiqlərinin müdafiə sistemləri üçün həm texniki, həm də logistika baxımından əlavə təzyiq yaradır.
Ekspertlərin fikrincə, münaqişə uzandıqca məsələ yalnız İranın raket arsenalı ilə ABŞ-ın müdafiə imkanlarının müqayisəsindən ibarət olmayacaq. ABŞ-ın istifadə etdiyi bahalı tutucu raketləri hansı sürətlə əvəz edə bilməsi də müharibənin gedişinə təsir edən əsas amillərdən birinə çevrilir.
20:06 / 04 Oktyabr 2026
3
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
67
19:23 / 04 Oktyabr 2026
48
19:16 / 04 Oktyabr 2026
75
19:09 / 04 Oktyabr 2026
70
18:44 / 04 Oktyabr 2026
68
18:34 / 04 Oktyabr 2026
54
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
81
17:30 / 04 Oktyabr 2026
526
17:23 / 04 Oktyabr 2026
358
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2523
16:56 / 04 Oktyabr 2026
320
16:55 / 04 Oktyabr 2026
226
16:53 / 04 Oktyabr 2026
246
16:51 / 04 Oktyabr 2026
92
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
108
14:04 / 04 Oktyabr 2026
146
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.