Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi
24 Oktyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
230
11.08.2026, 10:34
Rusiyada nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının formatının dəyişdirilməsi və fərdiləşdirilmiş nömrələrin rəsmi şəkildə satışına icazə verilməsi təklif olunur.
Rusiya Dövlət Dumasındakı “Yeni Xalq” fraksiyası Baş nazir Mixail Mişustinə mövcud nömrə nişanı sisteminin yenilənməsini nəzərdə tutan qanun layihəsi təqdim edib.
Təklif qəbul edilərsə, hazırda istifadə olunan üç hərf və üç rəqəmdən ibarət kombinasiya ləğv edilərək yeni format tətbiq olunacaq. Nömrələrin “AAAB 00” və ya “AA 00 AA” formasında hazırlanması təklif edilir.
Regional kod, Rusiya bayrağı və “RUS” işarəsi saxlanılacaq. Yeni sistemdə rəqəmlərin bir hissəsinin hərflərlə əvəz edilməsi nəticəsində hər bir region üzrə mümkün nömrə kombinasiyalarının sayının təxminən 20% artırılması planlaşdırılır. Dəyişikliklərin avtomobillərin mövcud qeydiyyat ardıcıllığına təsir etməyəcəyi bildirilir.
Qanun layihəsinin digər mühüm müddəası “xüsusi” nömrə nişanlarının rəsmi satışının həyata keçirilməsidir.
Vətəndaşlar seçdikləri xüsusi kombinasiyaları Dövlət Xidmətləri portalı (Gosuslugi) vasitəsilə ödəniş etməklə sifariş edə biləcəklər.
Təklif müəllifləri hesab edirlər ki, bu mexanizm dövlət büdcəsinə ildə təxminən 25 milyard rubl əlavə gəlir gətirə bilər. Gözlənilən gəlirin yarısının Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqı fonduna yönəldilməsi nəzərdə tutulur.
Beləliklə, təklif həm avtomobil nömrələrinin mövcud formatının yenilənməsini, həm də indiyədək qeyri-rəsmi maraq doğuran "xüsusi nömrələrin "dövlət nəzarəti altında kommersiyalaşdırılmasını hədəfləyir.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.