Güclü zəlzələ oldu
04 Oktyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
250
10.08.2026, 20:42
Bu gün Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ 50-dən çox insanın həyatına son qoyub.
Oxu24.com "BluRadio"ya istinadən xəbər verir ki, ən çox zərər çəkmiş regionlar arasında Pereyra, Manisales və Kali yer alır.
Həmçinin bir neçə şəhərdə genişmiqyaslı dağıntılar və yaralananlar var.
Zəlzələnin fəsadları ilə mübarizə aparmaq üçün Kolumbiya Silahlı Qüvvələri beş xilasedici dəstəni hazır vəziyyətə gətirib.
Məlumata görə, zəlzələ həmçinin Valye-del-Kauka departamentindəki hərbi obyektlərə, xüsusən də Kali və Buenaventura şəhərlərindəki bölmələrə ziyan vurub.
19:25
Zəlzələ nəticəsində Kolumbiyanın Pereyra şəhərində (Risaralda departamenti) azı 18 nəfər ölüb.
Oxu24.com xəbər verir ki, bu barədə "Caracol" radiosu şəhərin meri Maurisio Salasara istinadən məlumat yayıb.
"Pereyra meri təsdiqləyib ki, hazırda zəlzələ nəticəsində 18 nəfər həlak olub", - nəşrdə qeyd olunub.
Daha əvvəl bildirilib ki, Kolumbiyanın Manisales şəhərində (Kaldas departamenti) 12 nəfər, Çoko departamentində isə bir nəfər ölüb. Hazırda ölənlərin ümumi sayı 31 nəfər təşkil edib.
18:53
Kolumbiyanın qərbində zəlzələ nəticəsində 13 nəfər ölüb.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən məlumat yayılıb.
"Hazırda Manisalesdə 12 nəfər ölüb", - şəhər meri Xorxe Roxas "Bluradio"ya müsahibəsində bildirib.
Şəhərdə 10-dan çox bina tamamilə, 20-dən çox yaşayış evi isə qismən dağılıb. İki xəstəxana zərər görüb, həmçinin bəzi məktəblər və kilsələr zədələnib, - o qeyd edib.
Həmçinin bildirilib ki, Kali şəhərində zəlzələ səbəbindən 19 bina çöküb, dağıntılar altında insanlar var. Bir sıra şəhərlərdə rabitədə fasilələr yaranıb. Çokoda bir nəfər ölüb, on nəfər yaralanıb, üç nəfər itkin düşüb.
18:20
Kolumbiyada 7,4 maqnitudalı zəlzələ nəticəsində Pereyra, Manisales, Kibdo və Buenaventura hava limanlarının fəaliyyəti dayandırılı
Bu barədə Kolumbiyanın Mülki Aviasiya İdarəsinin (Aerocivil) sosial şəbəkələrdəki məlumatında bildirilib.
"Təhlükəsizlik məqsədilə infrastrukturun struktur zədələnmələrinin qiymətləndirilməsi aparılana qədər bu hava limanlarında uçuşlar dayandırılacaq", - məlumatda qeyd olunub.
"Bluradio" radiostansiyasının məlumatına görə, Kolumbiya Prezidenti Abelardo de la Esprielya hökumətin fəaliyyətinin koordinasiyasını bilavasitə öz üzərinə götürüb.
"Fövqəladə halla bağlı ilk açıqlamalarında prezident Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Komitənin dərhal çağırılması barədə göstəriş verdiyini və Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Bölmə (UNGRD) ilə birgə vəziyyətin qiymətləndirilməsinə başladığını bildirib", - radiostansiya açıqlayıb.
Yerli medianın məlumatına görə, Çoko ştatının inzibati mərkəzi Kibdoda bir neçə bina ciddi zədələnib.
Kaldas departamentinin Manisales şəhərində kafedral və daha bir neçə bina dağılıb.
17:34
Kolumbiyada 7,4 maqnitudalı zəlzələ nəticəsində yaralananlar var.
Çoko vilayəti departamentinin qubernatoru Nubiya Karolina Kordoba-Kuri yaralananların sayını sosial şəbəkələrdə bildirib.
"Biz indicə Çoko departamentində ciddi seysmik hadisə yaşadıq. Afterşoklar bizi narahat edir. Episentrin San-Xose-del-Palmarda olmasına baxmayaraq, paytaxt Kibdoda xəsarət alanlar var və binalara ciddi ziyan dəyib. İlk rəsmi hesabatı dərc etmək üçün artıq zərəri qiymətləndiririk", - o qeyd edib.
16:56
Kolumbiyada 7,4 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (ESMC) məlumat yayıb.
Zəlzələnin ocağı 99 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Ansermanuevodan 20 km qərb-şimal-qərbdə baş verib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
19:09 / 04 Oktyabr 2026
6
18:44 / 04 Oktyabr 2026
18
18:34 / 04 Oktyabr 2026
35
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
65
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
396
17:23 / 04 Oktyabr 2026
198
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1908
16:56 / 04 Oktyabr 2026
181
16:55 / 04 Oktyabr 2026
146
16:53 / 04 Oktyabr 2026
164
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
296
13:40 / 04 Oktyabr 2026
79
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.