Sərhədin altında gizli yol tapıldı – 28 nəfər bu tuneldən keçirdi
21 Avqust 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
180
10.08.2026, 11:05
Çinli alimlər gələcəkdə Ayda yaradılması planlaşdırılan Beynəlxalq Ay Kəşfiyyat Stansiyasında (ILRS) dördayaqlı robotlardan istifadə imkanlarını nəzərdən keçirirlər. Robot itlərin astronavtlara elmi araşdırmalardan tutmuş tikinti və texniki xidmət işlərinə qədər müxtəlif sahələrdə kömək etməsi planlaşdırılır.
Oxu24.com xəbər verir ki, bu barədə Çin Kosmik Elm və Texnologiya jurnalında dərc olunan konsepsiyasında məlumat yayıb.
Layihəyə əsasən, robot itlər Ay bazasının ətrafında mütəmadi kəşfiyyat apara biləcək. Təkərli aparatlardan fərqli olaraq, dördayaqlı robotların Ayın qayalı və nahamar səthində hərəkət etmək, kiçik maneələri aşmaq və çətin ərazilərə çatmaq imkanlarının daha geniş olduğu bildirilir.
Robotların əsas vəzifələri arasında Ay torpağından və qayalardan nümunələr toplamaq, ətraf mühiti araşdırmaq və elmi təcrübələr zamanı astronavtlara dəstək olmaq nəzərdə tutulur.
Konsepsiyada mümkün ssenarilərdən biri kimi üç robot it və üç astronavtdan ibarət komandanın birgə fəaliyyət göstərməsi göstərilir. Gələcəkdə robotlara daha mürəkkəb tapşırıqların verilməsi planlaşdırılır.
Onların su buzunun və faydalı mineralların axtarışı və çıxarılması, materialların daşınması, eləcə də Ayın yerli xammalından istifadə etməklə müxtəlif strukturların inşasına yardım göstərməsi mümkün hesab olunur.
Robotların bazanın gündəlik fəaliyyətində də istifadə edilməsi nəzərdən keçirilir. Onların hava və temperatur göstəricilərini izləməsi, təmizlik işləri aparması, bitkilərə qulluq etməsi və hətta astronavtların yemək hazırlanmasına kömək etməsi təklif olunur.
Layihədə robotların səs interfeysləri ilə təchiz edilməsi də nəzərdə tutulur. Bu isə onların astronavtlarla daha rahat ünsiyyət qurmasına imkan verə bilər.
Mütəxəssislər bildirirlər ki, Ay səthində avtonom robotların idarə edilməsi Yer üzündəkindən xeyli mürəkkəbdir. Mövcud maşın görmə və naviqasiya sistemlərinin böyük hissəsi Yer şəraitindən əldə edilən məlumatlarla hazırlanıb.
Lakin Ayda işıqlandırma, relyef və temperatur şəraiti fərqli olduğundan robotların xüsusi alqoritmlərlə təchiz edilməsinə və ayrıca təlim keçməsinə ehtiyac yaranacaq.
Çin robot itləri ILRS proqramının daha geniş planlarının bir hissəsi kimi nəzərdən keçirir. Plana əsasən, Ay bazasının ilkin infrastrukturunun 2035-ci ilədək yaradılması, daha sonra isə genişləndirilməsi nəzərdə tutulur.
2045-ci ilə qədər Ayın səthində və orbitində daha geniş və inkişaf etmiş infrastrukturun formalaşdırılması planlaşdırılır. Layihənin əsas istiqamətlərindən biri isə su buzunun mövcud olduğu ehtimal edilən Ayın cənub qütbünün araşdırılması olacaq.
23:00 / 21 Avqust 2026
24
22:39 / 21 Avqust 2026
26
22:25 / 21 Avqust 2026
52
22:11 / 21 Avqust 2026
60
21:57 / 21 Avqust 2026
69
21:30 / 21 Avqust 2026
64
20:56 / 21 Avqust 2026
69
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.