Güclü zəlzələ oldu
04 Oktyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
342
08.08.2026, 13:15
Avropa İttifaqı karbon emissiyalarını azaltmaq məqsədilə binaların istilik sistemlərində genişmiqyaslı dəyişikliklərə başlayır. Yeni qaydalara əsasən, təbii qazla işləyən kombilər mərhələli şəkildə istifadədən çıxarılacaq və onların yerini daha ekoloji istilik sistemləri tutacaq.
Oxu24.com xəbər verir ki, Avropa İttifaqının Binaların Enerji Performansı Direktivinə (EPBD) əsasən, 2028-ci ildən etibarən inşa ediləcək bütün yeni dövlət binaları "sıfır emissiyalı bina" standartlarına uyğun olmalıdır.
2030-cu ildən isə bu tələb bütün yeni yaşayış binalarına da şamil ediləcək. Həmin binalarda təbii qazla işləyən kombilərin quraşdırılmasına icazə verilməyəcək.
Avropa İttifaqının uzunmüddətli planına əsasən, 2040-cı ilədək mövcud yaşayış binalarında da təbii qazla isitmə sistemlərinin mərhələli şəkildə istifadədən çıxarılması nəzərdə tutulur.
Bu dəyişiklik fosil yanacaqdan asılılığı azaltmaq və istixana qazı emissiyalarını minimuma endirmək məqsədi daşıyır.
Yeni strategiyada əsas alternativ kimi istilik nasosları göstərilir. Bu sistemlər havadan, sudan və ya torpaqdan alınan enerjidən istifadə edərək yanacaq yandırmadan isitmə təmin edir.
Mütəxəssislərin sözlərinə görə, istilik nasosları sərf etdikləri 1 vahid elektrik enerjəsi hesabına 5 vahidə qədər istilik enerjisi istehsal edə bilir ki, bu da onları ənənəvi qaz kombilərindən daha səmərəli edir.(musavat)
20:06 / 04 Oktyabr 2026
3
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
67
19:23 / 04 Oktyabr 2026
48
19:16 / 04 Oktyabr 2026
75
19:09 / 04 Oktyabr 2026
70
18:44 / 04 Oktyabr 2026
68
18:34 / 04 Oktyabr 2026
54
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
81
17:30 / 04 Oktyabr 2026
526
17:23 / 04 Oktyabr 2026
358
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2523
16:56 / 04 Oktyabr 2026
320
16:55 / 04 Oktyabr 2026
226
16:53 / 04 Oktyabr 2026
246
16:51 / 04 Oktyabr 2026
92
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
108
14:04 / 04 Oktyabr 2026
146
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.