İran Avropanın bu ölkələrini vuracaq - Xəbərdarlıq
03 Noyabr 2026, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
263
04.08.2026, 10:19
Avropa səmasında 12 avqust 2026-cı il tarixində son illərin ən diqqətçəkən astronomik hadisələrindən biri – tam Günəş tutulması baş verəcək. Mütəxəssislərin sözlərinə görə, bu hadisə son iyirmi ildə Avropa ictimaiyyəti üçün ən əhəmiyyətli səma hadisələrindən biri hesab olunur.
Məlumata görə, Qrenlandiya, İslandiya, İspaniyanın şimalı və Portuqaliyanın şimal-şərqində yaşayanlar tam Günəş tutulmasını müşahidə edə biləcəklər. Avropanın digər bir sıra ölkələrində isə tutulma qismən görünəcək.
Avropa Kosmik Agentliyi (ESA) bildirib ki, İspaniyanın şimalı bu nadir təbiət hadisəsini izləmək üçün ən əlverişli məkanlardan biridir. Bu səbəbdən bölgəyə minlərlə turistin və astronomiya həvəskarının axın edəcəyi gözlənilir.
ESA-nın Elm Direktoru professor Kerol Mandell tam Günəş tutulmasının həm elmi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
"Tam Günəş tutulması milyonlarla insanın eyni anda səmaya baxdığı, heyrət və həyəcan hissini birlikdə yaşadığı çox nadir anlardan biridir", – deyə o bildirib.
Astronomlar qeyd edirlər ki, tam Günəş tutulması zamanı Ay Günəşi tam örtür, gündüz vaxtı qısa müddətlik qaranlıq yaranır və Günəşin yalnız xarici atmosferi – tacı (korona) görünür. Bu möhtəşəm təbiət hadisəsinin milyonlarla insan tərəfindən izlənəcəyi gözlənilir.
11:22 / 03 Noyabr 2026
1
11:11 / 03 Noyabr 2026
31
11:10 / 03 Noyabr 2026
35
11:01 / 03 Noyabr 2026
166
10:51 / 03 Noyabr 2026
51
10:44 / 03 Noyabr 2026
83
10:39 / 03 Noyabr 2026
60
10:30 / 03 Noyabr 2026
127
10:27 / 03 Noyabr 2026
161
10:24 / 03 Noyabr 2026
61
10:20 / 03 Noyabr 2026
86
10:17 / 03 Noyabr 2026
141
10:01 / 03 Noyabr 2026
334
10:00 / 03 Noyabr 2026
87
09:58 / 03 Noyabr 2026
81
09:31 / 03 Noyabr 2026
83
09:29 / 03 Noyabr 2026
88
09:28 / 03 Noyabr 2026
94
07:35 / 03 Noyabr 2026
172
06:33 / 03 Noyabr 2026
186
03:05 / 03 Noyabr 2026
523
02:30 / 03 Noyabr 2026
659
01:55 / 03 Noyabr 2026
293
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.