Rusiya “Teleqram”ın yaradıcısı Durovu terrorçuluğa yardım ittihamı ilə axtarışa verib
29 İyul 2026, 10:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
69
29.07.2026, 09:25
"Boston Consulting Group" (BCG) tərəfindən hazırlanan Ağıllı Şəhərlər İndeksi dünyanın 61 böyük şəhərində süni intellekt və rəqəmsal texnologiyaların tətbiq səviyyəsini qiymətləndirib.
Oxu24.com xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, London dünyanın ən ağıllı şəhəri seçilib.
Hesabatda şəhərlər beş əsas istiqamət üzrə dəyərləndirilib: rəqəmsal strategiya, texnologiyaların tətbiq qabiliyyəti, idarəetmənin effektivliyi, infrastruktur və vətəndaş məmnuniyyəti. Bundan əlavə, maliyyələşdirmə, istedadların idarə olunması və bələdiyyələrin təqdim etdiyi rəqəmsal xidmətlərin istifadəsi də nəzərə alınıb.
Qiymətləndirmənin nəticələrinə əsasən şəhərlər dörd kateqoriyaya bölünüb: liderlər, sürətləndiricilər, inkişaf edənlər və böyüyənlər.
Dünyanın ən ağıllı 20 şəhəri:
London
Dubay
Nyu-York
Vaşinqton
Amsterdam
Berlin
San-Fransisko
Şanxay
Pekin
Seul
Sinqapur
Vyana
Kopenhagen
Şençjen
Boston
Los Anceles
Stokholm
Sürix
Münhen
Əbu-Dabi
Hesabatda vurğulanır ki, generativ süni intellekt (GenAI) texnologiyalarının istifadəsi artıq yalnız Silikon Vadisi və ya Şençjen kimi ənənəvi texnologiya mərkəzləri ilə məhdudlaşmır. Afrika, Asiya və Yaxın Şərqdə yerləşən şəhərlərdə yaşayan vətəndaşlar gündəlik həyatda süni intellekt alətlərindən istifadədə və onların qəbulunda ən yüksək göstəriciləri nümayiş etdirirlər.
BCG-nin qənaətinə görə, süni intellektin geniş tətbiqi şəhərlərin idarə olunmasını daha səmərəli edir, rəqəmsal xidmətlərin keyfiyyətini artırır və vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə töhfə verir.
11:11 / 29 İyul 2026
3
10:53 / 29 İyul 2026
26
10:50 / 29 İyul 2026
27
10:50 / 29 İyul 2026
32
10:48 / 29 İyul 2026
306
10:45 / 29 İyul 2026
35
10:37 / 29 İyul 2026
158
10:35 / 29 İyul 2026
43
10:35 / 29 İyul 2026
37
10:25 / 29 İyul 2026
108
10:17 / 29 İyul 2026
52
10:11 / 29 İyul 2026
55
10:10 / 29 İyul 2026
165
10:04 / 29 İyul 2026
65
09:54 / 29 İyul 2026
50
09:50 / 29 İyul 2026
341
09:43 / 29 İyul 2026
61
09:40 / 29 İyul 2026
113
09:38 / 29 İyul 2026
55
09:32 / 29 İyul 2026
65
09:29 / 29 İyul 2026
60
09:28 / 29 İyul 2026
489
09:21 / 29 İyul 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.