Pulun həmişə çay kimi axdığı insanların doğum tarixləri
04 Oktyabr 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
345
28.07.2026, 19:19
Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb.
Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqlim baxımından normal hal hesab edilə bilərmi?
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Sfera.az-a açıqlama verib. O, müşahidə olunan güclü küləyin və tozlu hava şəraitinin səbəblərini izah edib:
"Bu günlərdə ölkəmizdə havalar bir qədər istiləşdi və atmosferdə müəyyən boşluqlar yarandı. İsti hava axınları təzyiqin aşağı düşməsinə səbəb oldu. Nəticədə şimaldan gələn hava axınları, səhər saatlarında güclü küləklə müşayiət olunaraq ölkəmizə daxil oldu. Bu hava axınları əsasən şimal-qərb istiqamətindən gəlir. Bakı şəhərində isə hazırda müşahidə olunan tozlu hava kənardan gələn toz deyil. Adətən tozlu hava cənub-şərqdən və şərqdən gələn hava axınları ilə daşınır. Lakin bu dəfə belə deyil”.
Mütəxəssisin sözlərinə əsasən, qeydə alınan tozlu hava məhz tikintilərdən yaranan tozlardır:
"Bu toz, əsasən, Bakı şəhərinin özündə yaranan, Xəzər sahilindən, eləcə də tikinti sahələrindən havaya qalxan tozlardır. Həmin tozlar müəyyən qədər havanın çirklənməsinə səbəb olub. Narahat olmağa ehtiyac yoxdur. Çünki külək uzun müddət davam edə bilməz. Bir neçə gündən sonra hava stabilləşəcək. Tozlu hava şəhər şəraitində normal haldır. Müxtəlif mənbələrdən havaya qalxan toz hissəcikləri olur. Ən vacib məqam ondan ibarətdir ki, şimaldan gələn hava axınları nəticəsində hava sərinləşəcək, gündüz və gecə temperaturu müəyyən qədər aşağı düşəcək. Ən əsası isə cənubdan gələn isti hava axınlarının qarşısının alınması bizdə müəyyən qədər sabit hava şəraiti yaradacaq. 10 gün sonra havanın sərinləşməsi başlayacaq və avqust ayında daha əlverişli hava şəraiti müşahidə olunacaq”.
20:06 / 04 Oktyabr 2026
20
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
77
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
82
19:09 / 04 Oktyabr 2026
72
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
57
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
533
17:23 / 04 Oktyabr 2026
367
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2565
16:56 / 04 Oktyabr 2026
326
16:55 / 04 Oktyabr 2026
229
16:53 / 04 Oktyabr 2026
254
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
148
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.