Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi
24 Oktyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
251
28.07.2026, 19:12
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan həyatına təhdilər olması ilə bağlı videomüraciət yayıb.
Oxxəbər verir ki, Anna Akopyan bununla bağlı İnstaqram səhifəsində video paylaşım edib. O müraciətində son günlərdə ölkədə məişət zorakılığı məsələsini ictimailəşdirməsindən sonra həyatı üçün təhlükə hiss etdiyini qeyd edib.
"Məişət zorakılığı haqqında açıq danışmağa başladıqdan sonra həyatıma qarşı təhdidlər hiss edirəm. Ümid edirəm ki, dövlət qurumları bu kimi halların qarşısını ala biləcəklər. Çünki baş nazirin həyat yoldaşı zorakılığın qurbanı olsaydı, bu, ölkənin nüfuzuna ciddi zərbə olardı", - Akopyan vurğulayıb.
Akopyan videomüraciətində qadınlara məişət zorakılığı halları barədə susmamağa çağırıb.
"Yalnız biz bir-birimizə kömək edə və qoruya bilərik. Bu problem barədə cəsarətlə danışmağa başlamalı, ailələrimizdə zorakılığa artıq dözməyəcəyimizi bəyan etməliyik. Hamını birdən susdurmaq mümkün olmayacaq", - o bildirib.
O, qadınların baş verənlər barədə açıq danışmaqdan çəkinməməli olduqlarını söyləyib.
Baş nazirin həyat yoldaşı daha sonra qeyd edib:
"Qorxmayın. Ən pisi artıq başımıza gəlib. İllərlə psixoloji, fiziki, maliyyə və cinsi istismar altında yaşamaq əsl kabusdur və biz bundan qətiyyətlə çıxmalıyıq. Artıq buna dözməyəcəyik".
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu Anna Akopyanın həyatına təhdidlər alması barədə bəyanatı təsdiqləyib və məsələ ilə bağlı araşdırmaya başlayıb./ölkə.az
23:16 / 24 Oktyabr 2026
123
22:52 / 24 Oktyabr 2026
95
22:34 / 24 Oktyabr 2026
88
22:14 / 24 Oktyabr 2026
79
22:05 / 24 Oktyabr 2026
258
21:42 / 24 Oktyabr 2026
1464
21:28 / 24 Oktyabr 2026
85
21:12 / 24 Oktyabr 2026
91
21:07 / 24 Oktyabr 2026
87
20:52 / 24 Oktyabr 2026
86
20:34 / 24 Oktyabr 2026
91
20:31 / 24 Oktyabr 2026
861
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
126
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
99
18:20 / 24 Oktyabr 2026
388
18:13 / 24 Oktyabr 2026
563
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.