Rusiya Belarusdan benzin alışını 20 dəfə artırdı
09 İyul 2026, 16:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
65
09.07.2026, 17:28
Almaniyada iyun ayında müşahidə olunan güclü isti hava dalğası nəticəsində həyatını itirənlərin sayı 5 min 120 nəfərə çatıb.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, bu barədə ölkənin ictimai səhiyyə sahəsində əsas qurumu olan Robert Kox İnstitutu (RKI) məlumat yayıb. Məlumata görə, ölüm hallarının əksəriyyəti birbaşa günvurma ilə yanaşı, yüksək temperaturun mövcud xəstəlikləri ağırlaşdırması nəticəsində baş verib.
RKI-nin hesabatına əsasən, isti hava ən çox 85 yaş və yuxarı insanlara təsir göstərib. Bu yaş qrupunda 2 min 950 nəfər həyatını itirib. Ölənlər arasında 75–84 yaş qrupunda 1 320, 65–74 yaş arasında 550, 65 yaşdan aşağı şəxslər arasında isə 300 nəfər qeydə alınıb. 85 yaşdan yuxarı vəfat edənlərin 1 780-i qadın, 1 170-i isə kişi olub.
Alman Meteorologiya Xidmətinin (DWD) proqnozuna görə, yaxın günlərdə ölkənin cənub və cənub-qərb bölgələrində temperatur yenidən yüksələcək. Sabahdan etibarən havanın 34 dərəcəni keçəcəyi, bazar günü isə bəzi ərazilərdə 36 dərəcəyə çatacağı gözlənilir.
Statistikaya əsasən, Almaniyada isti hava səbəbindən 2025-ci ildə 2 550, 2024 və 2023-cü illərdə təxminən 3 min, 2022-ci ildə isə 4 700 nəfər ölüb. Ən yüksək göstəricilər isə 2018-ci ildə 8 400, 2019-cu ildə isə 6 900 nəfər olmaqla qeydə alınıb.
Mütəxəssislər yaşlılara, xroniki xəstəlikləri olan şəxslərə və digər risk qruplarına günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, kifayət qədər maye qəbul etməyi və zərurət olmadıqca günəş altında fiziki fəaliyyət göstərməməyi tövsiyə edirlər.
19:15 / 09 İyul 2026
1
18:43 / 09 İyul 2026
41
18:17 / 09 İyul 2026
36
18:05 / 09 İyul 2026
49
17:42 / 09 İyul 2026
59
17:33 / 09 İyul 2026
63
17:30 / 09 İyul 2026
69
17:24 / 09 İyul 2026
75
17:20 / 09 İyul 2026
84
17:13 / 09 İyul 2026
71
17:05 / 09 İyul 2026
77
16:58 / 09 İyul 2026
79
16:47 / 09 İyul 2026
84
16:36 / 09 İyul 2026
81
16:32 / 09 İyul 2026
73
16:20 / 09 İyul 2026
64
16:11 / 09 İyul 2026
72
15:55 / 09 İyul 2026
89
15:52 / 09 İyul 2026
82
15:28 / 09 İyul 2026
99
15:10 / 09 İyul 2026
83
15:08 / 09 İyul 2026
91
14:56 / 09 İyul 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.