Trampdan həmin xəbərlərə REAKSİYA
10 Noyabr 2026, 11:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
773
19.06.2026, 23:49
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukrayna bu məsələni özü həll edəcək.
"Unian" xəbər verir ki, Zelenski bu barədə mətbuat konfransında danışıb.
“Lukaşenko Belarusun rəhbəridir, Belarus isə bizim qonşu ölkəmizdir. Sərhəddə təhlükəsizlik bizim üçün çox vacibdir. O, çox yaxşı başa düşür ki, biz artıq böyümüş adamlarıq. Heç kim sadəcə sözlərə görə incimir. Amma söhbət mənim ölkəmin təhqir olunmasından gedirsə, biz buna etiraz edəcəyik və bunu unutmayacağıq”, – deyə Ukrayna lideri bildirib.
Zelenski Aleksandr Lukaşenkonun Belarusun müharibəyə cəlb olunmasını istəmədiyi barədə bəyanatlarına skeptik yanaşdığını vurğulayıb.
“Bu məsələdə o, heç olmasa öz xalqına qarşı dürüst olmalıdır. Çünki müharibəyə onun özü deyil, ölkəsi Rusiyanın vasitəsilə cəlb oluna bilər. Onlar müharibənin ilk günlərindən məhz belə davranırlar”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, genişmiqyaslı müharibənin başlanğıcında Ukraynaya atılan bir çox raket məhz Belarus ərazisindən buraxılıb.
Onun sözlərinə görə, Lukaşenkonun vəziyyətə nəzarət etmədiyi, bütün qərarların Rusiya tərəfindən qəbul edildiyi barədə açıqlamalarına inanmır.
Zelenski hesab edir ki, Rusiya bundan sonra da Lukaşenkonu müharibəyə daha fəal şəkildə cəlb etməyə çalışacaq, lakin Ukrayna buna cavab verəcək.
“Artıq əlavə sözlərə ehtiyac yoxdur. Onun qüllələrində retranslyatorlar yerləşdirilib. Onların Rusiya və ya Belarus mənşəli olmasının bizim üçün fərqi yoxdur. Ukrayna ilə həmsərhəd iki vilayət boyunca Ukrayna əhalisinə qarşı atəşi koordinasiya edən avadanlıqlar yerləşdirilib”, – deyə Zelenski vurğulayıb.
15:58 / 10 Noyabr 2026
26
15:44 / 10 Noyabr 2026
50
15:34 / 10 Noyabr 2026
109
15:31 / 10 Noyabr 2026
55
15:25 / 10 Noyabr 2026
80
15:22 / 10 Noyabr 2026
75
14:58 / 10 Noyabr 2026
1500
14:55 / 10 Noyabr 2026
143
14:48 / 10 Noyabr 2026
213
14:23 / 10 Noyabr 2026
330
14:20 / 10 Noyabr 2026
722
14:09 / 10 Noyabr 2026
188
14:00 / 10 Noyabr 2026
804
13:44 / 10 Noyabr 2026
125
13:38 / 10 Noyabr 2026
369
13:26 / 10 Noyabr 2026
1579
13:24 / 10 Noyabr 2026
142
13:20 / 10 Noyabr 2026
338
13:05 / 10 Noyabr 2026
172
13:00 / 10 Noyabr 2026
136
12:37 / 10 Noyabr 2026
569
12:31 / 10 Noyabr 2026
135
12:21 / 10 Noyabr 2026
582
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.