Qaynar xətt:

(+99450) 247 90 86

Lavrov: Moskva ABŞ-ın sülh təkliflərinə sadiqdir 

Lavrov: Moskva ABŞ-ın sülh təkliflərinə sadiqdir 

DÜNYA

87

15.06.2026, 14:32

Rusiya ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibəyə son qoyulması ilə bağlı irəli sürdüyü təkliflərə sadiq qaldığını bəyan edib.

Oxu24.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva ABŞ tərəfindən təqdim olunan sülh təşəbbüslərinin həyata keçirilməsi mexanizmləri ilə bağlı Vaşinqtonun xüsusi nümayəndələrinin mövqeyini eşitməyi gözləyir.

Kremlin məlumatına görə, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda iştirak edən xüsusi nümayəndələr Stiv Vitkoff və Cared Kuşner yaxın vaxtlarda yenidən Rusiyaya səfər edəcəklər.

Lavrov həmçinin qeyd edib ki, bəzi Avropa ölkələri vasitəçilik təşəbbüslərini öz üzərlərinə götürməyə çalışırlar. Onun sözlərinə görə, Rusiyanın müharibədə məğlub olduğunu və Moskvaya ultimatum verməyin mümkün olduğunu düşünənlər yanılırlar.

Əli