Rusiyada generalların müəmmalı sonu - Daha bir general intihar etdi
21 Avqust 2026, 21:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
537
28.05.2026, 18:03
İtaliya polisi tərəfindən keçmiş mafiya başçısına maliyyə zərbəsi! 9 ölkədə eyni vaxtda əməliyyatlar aparılan 200 milyon avro dəyərində aktiv müsadirə edilib.
Oxu24.com xəbər verir ki,Maliyyə Polisinin yazılı açıqlamasına görə, prokurorun göstərişlərinə uyğun olaraq, mafiya tipli mütəşəkkil cinayətkar qruplara qarşı mübarizə çərçivəsində Palermoda beynəlxalq əməliyyatlar aparılıb və 2023-cü ildə vəfat edən Denaronun narkotik qaçaqmalçılığı yolu ilə əldə etdiyi aktivlər müsadirə olunub.
İtaliya, Andorra, Cəbəllütariq, Lüksemburq, İsveçrə, Livan, Kayman adaları, Monako Knyazlığı və İspaniyada eyni vaxtda aparılan əməliyyatlardan sonra Denaroya məxsus 1980-ci illərdən bəri narkotik qaçaqmalçılığından əldə edilən və Avropada və digər ölkələrdə yenidən investisiya qoyulan əhəmiyyətli aktivlər götürülüb.
Bəyanata görə, Denaroya məxsus ümumi dəyəri 200 milyon avrodan çox olan aktivlər müsadirə edilib və üç nəfər saxlanılıb.
Siciliyada, xüsusən də Trapani və ətrafında fəaliyyət göstərən Cosa Nostra mütəşəkkil cinayətkar dəstəsinin lideri Mattia Messina Denaro, təxminən 30 il İtaliyada qaçdıqdan sonra 16 yanvar 2023-cü ildə tutulub.
Denaro həbsindən qısa müddət sonra 25 sentyabr 2023-cü ildə xərçəng müalicəsi aldığı L'Aquiladakı yüksək təhlükəsizlikli həbsxananın xəstəxanasında vəfat edib.
Denaro son 30 ilin əsas cinayət hadisələrində, o cümlədən mafiyaya qarşı mübarizənin simvollarına çevrilən, lakin 1992-ci ildə mafiyanın hədəfinə çevrilən məşhur hakimlər Covanni Falkone və Paolo Borselinonun qətlə yetirilməsində, eləcə də 1993-cü ildə Milan, Florensiya və Romada mafiya tərəfindən törədilən partlayışlarda məsul olmaqda ittiham olunurdu.
Jalə
22:25 / 21 Avqust 2026
42
22:11 / 21 Avqust 2026
53
21:57 / 21 Avqust 2026
62
21:30 / 21 Avqust 2026
59
20:56 / 21 Avqust 2026
63
20:52 / 21 Avqust 2026
63
20:14 / 21 Avqust 2026
74
19:42 / 21 Avqust 2026
88
19:21 / 21 Avqust 2026
90
19:08 / 21 Avqust 2026
165
18:46 / 21 Avqust 2026
96
18:41 / 21 Avqust 2026
76
18:33 / 21 Avqust 2026
92
18:20 / 21 Avqust 2026
74
18:10 / 21 Avqust 2026
109
17:59 / 21 Avqust 2026
95
17:45 / 21 Avqust 2026
119
17:30 / 21 Avqust 2026
99
17:10 / 21 Avqust 2026
131
17:00 / 21 Avqust 2026
85
16:58 / 21 Avqust 2026
96
16:46 / 21 Avqust 2026
88
16:32 / 21 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.