SOCAR yeni kompleks tikəcək
11 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
621
26.05.2026, 18:50
Yaxın Şərqdə kəskinləşən hərbi gərginlik fonunda İsrail ordusu (SADAQ) Livanın mülki və iqtisadi infrastrukturuna ağır zərbə endirib. Atəşkəs cəhdlərinə baxmayaraq, İsrail Hərbi Hava Qüvvələri ölkənin şərqində yerləşən ən böyük strateji obyekti hədəf alıb.
Oxu24.com xəbər verir ki, İsrail ordusunun keçirdiyi son hava əməliyyatı zamanı Livanın cənubundakı Bəkaa vadisində yerləşən nəhəng "Qaraun" (Qaraoun) bəndi və su anbarı bombardman edilib. Zərbələr nəticəsində bəndin infrastrukturuna ciddi ziyan dəydiyi bildirilir.
"Qaraun" su anbarı Livanın ən mühüm həyat təminatlı obyektlərindən biri hesab olunur. 1959-cu ildə Litanı çayının orta axarında, Qaraun kəndi yaxınlığında inşa edilən bu bənd, 61 metr hündürlüyü ilə ölkənin ən böyük su bəndi statusunu daşıyır. Daş təmələ və beton xarici təbəqəyə malik olan bənd təkcə nəhəng su rezervuarı rolunu oynamır, həm də Livanın enerji təhlükəsizliyində kritik əhəmiyyət kəsb edir.
Belə ki, bu su anbarının resursları hesabına bölgədəki üç irihəcmli hidroelektrik stansiyası (HES) fəaliyyət göstərir ki, bu stansiyalar Livanın ümumi elektrik enerjisi istehlakının 7-10 faizini təkbaşına qarşılayır. Bundan əlavə, anbardan ölkənin cənub və şərq rayonlarının məişət su təchizatı, eləcə də minlərlə hektar kənd təsərrüfatı torpaqlarının suvarılması üçün istifadə olunur.
Yerli mənbələr və hərbi ekspertlər bəndin vurulmasını Livan üçün humanitar və iqtisadi fəlakət riski kimi qiymətləndirirlər. Strateji obyektin sıradan çıxması ölkədə onsuz da mövcud olan dərin enerji böhranını daha da kəskinləşdirə və geniş ərazilərin susuz qalmasına səbəb ola bilər.
12:32 / 11 Noyabr 2026
1
12:29 / 11 Noyabr 2026
11
12:24 / 11 Noyabr 2026
23
12:19 / 11 Noyabr 2026
43
12:15 / 11 Noyabr 2026
60
12:09 / 11 Noyabr 2026
59
11:57 / 11 Noyabr 2026
370
11:50 / 11 Noyabr 2026
95
11:49 / 11 Noyabr 2026
108
11:43 / 11 Noyabr 2026
364
11:34 / 11 Noyabr 2026
80
11:32 / 11 Noyabr 2026
132
11:28 / 11 Noyabr 2026
133
11:16 / 11 Noyabr 2026
311
11:13 / 11 Noyabr 2026
81
11:11 / 11 Noyabr 2026
117
11:06 / 11 Noyabr 2026
100
10:56 / 11 Noyabr 2026
410
10:51 / 11 Noyabr 2026
108
10:45 / 11 Noyabr 2026
114
10:33 / 11 Noyabr 2026
104
10:19 / 11 Noyabr 2026
102
10:13 / 11 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.