Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtomobil körpüdən yola aşıb - FOTO 

Bakıda avtomobil körpüdən yola aşıb - FOTO 

CƏMİYYƏT

53

11.11.2026, 11:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

Məlumata görə, bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb.

Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.