SOCAR yeni kompleks tikəcək
11 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
693
23.05.2026, 21:13
Apple şirkəti son illərdə ilk dəfə olaraq iPhone modellərinin qiymətlərini artırmağı planlaşdırır. Məlumata görə, bahalaşma əsasən yeni nəsil iPhone 18 seriyasına aid olacaq.
Oxu24.com xəbər verir ki, analitiklərin, o cümlədən Morgan Stanley ekspertlərinin məlumatına görə, yeni modellərin qiyməti 100 dollardan çox arta bilər. Bunun əsas səbəbi yarımkeçiricilər, NAND yaddaş və DRAM kimi əsas komponentlərin qiymətində ciddi artımın müşahidə olunmasıdır.
Bildirilir ki, qiymət artımı bütün modellərə eyni şəkildə tətbiq edilməyəcək. Əsas bahalaşma daha yüksək yaddaşlı versiyalara 512 GB, 1 TB və 2 TB konfiqurasiyalara şamil olunacaq. Bu halda ən yüksək versiya olan iPhone 18 Pro Max modelinin qiyməti ilk dəfə 2000 dollar həddini keçə bilər.
Bununla yanaşı, əsas modellərin qiymətinin sabit qalacağı gözlənilir. Məsələn, baza iPhone 18 və 256 GB yaddaşlı Pro versiyalarının əvvəlki qiymət səviyyəsində qalması ehtimal olunur. Bu addım Apple-ın kütləvi istifadəçiləri itirməməsi və ekosistemə giriş baryerini aşağı səviyyədə saxlaması ilə izah edilir.
Məlumatlara görə, şirkət xərclərin artımını əsasən yüksək yaddaşlı Pro modellərin qiymətini qaldırmaqla kompensasiya etməyi planlaşdırır. İlkin qiymətlərin isə əvvəlki nəsildə olduğu kimi 1099 və 1199 dollar səviyyəsində qala biləcəyi bildirilir.
Yeni iPhone modellərinin təqdimatının sentyabr ayının əvvəlində keçiriləcəyi gözlənilir. Məlumatlara əsasən, Apple bu dəfə buraxılış strategiyasında dəyişiklik edə bilər: 2026-cı ilin payızında yalnız Pro modellər və qatlanan iPhone təqdim ediləcək, standart modellər isə 2027-ci ilin yazına qədər gecikə bilər.
Qeyd edək ki, bəzi məlumatlara görə, Apple gələcək iPhone modellərində MagSafe texnologiyasından imtina etməyi də nəzərdən keçirir. Bu halda istifadəçilər əlavə olaraq xüsusi aksessuarlar almağa məcbur qala bilərlər.
Son məlumatlara əsasən, əvvəlki iPhone 17 seriyası şirkət tarixində ən çox satılan modellərdən biri olub və bu uğur Apple-ın bazarda mövqeyini daha da gücləndirib lent.az
14:26 / 11 Noyabr 2026
22
14:13 / 11 Noyabr 2026
145
13:58 / 11 Noyabr 2026
109
13:54 / 11 Noyabr 2026
378
13:48 / 11 Noyabr 2026
109
13:44 / 11 Noyabr 2026
144
13:41 / 11 Noyabr 2026
82
13:33 / 11 Noyabr 2026
204
13:27 / 11 Noyabr 2026
123
13:19 / 11 Noyabr 2026
85
13:13 / 11 Noyabr 2026
92
12:57 / 11 Noyabr 2026
147
12:54 / 11 Noyabr 2026
150
12:48 / 11 Noyabr 2026
113
12:44 / 11 Noyabr 2026
167
12:35 / 11 Noyabr 2026
284
12:32 / 11 Noyabr 2026
118
12:29 / 11 Noyabr 2026
100
12:24 / 11 Noyabr 2026
798
12:19 / 11 Noyabr 2026
580
12:15 / 11 Noyabr 2026
116
12:09 / 11 Noyabr 2026
107
11:57 / 11 Noyabr 2026
821
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.