TƏCİLİ! Müctəba Xamenei ölüb? – Görüntülər yayıldı
26 Aprel 2026, 18:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
77
26.04.2026, 22:04
ABŞ Prezidenti Donald Tramp İranla bağlı gərginliyi pik həddə çatdıran silsilə kəskin bəyanatlarla çıxış edib. Ağ Ev rəhbəri Tehranın iqtisadi və hərbi sütunlarını hədəf alaraq, danışıqlar masasına oturmaq üçün çox az vaxt qaldığını xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, Trampın son açıqlamalarında diqqət çəkən əsas məqamlar bunlardır:
Prezident Tramp İranın iqtisadiyyatının ana xətti olan neft sektoruna toxunaraq, “İranın neft infrastrukturunun partlamasına (məhv edilməsinə) təxminən 3 gün vaxtı qalıb” deyərək vaxt daraldığını bildirib. O, bu müharibənin çox tezliklə bitəcəyini və ABŞ-ın böyük bir qələbə qazanacağını vurğulayıb. İran rəhbərliyini “çox qəribə” adlandıran Tramp, bəzən kiminlə iş gördüyünü anlamadığını qeyd edərək, Tehran daxilindəki qeyri-müəyyənliyə işarə vurub.
Həmçinin oxuyun
Strateji baxımdan bütün “kartların” ABŞ-ın əlində olduğunu və İranın heç bir kozurunun qalmadığını iddia edən Tramp, dialoq üçün hələ də açıq qapı saxladığını deyib: “Əgər iranlılar bizimlə danışmaq istəsələr, əlaqə saxlaya bilərlər və biz telefonla danışıqlar apara bilərik”. O, hazırda ünsiyyətdə olduqları bəzi İran rəsmilərinin ağıllı davrandığını, lakin digərlərinin eyni şəkildə hərəkət etmədiyini əlavə edib.
Ən mühüm şərtlərdən biri kimi nüvə məsələsini qabardan ABŞ lideri, İranın nüvə silahı əldə etməsinə heç bir halda icazə verilməyəcəyini və bu addımın son 47 ildə atılmalı olduğunu bildirib. “Biz iranlılardan ‘nüvə tozunu’ alacağıq, bu, bizim danışıqlarımızın bir hissəsidir”, – deyən Tramp, atılan addımların bütün dünyaya xidmət etdiyini vurğulayıb. Prezident eyni zamanda ümid etdiyini bildirib ki, İran rejiminin qalıqları ilə hərbi müstəvidə qarşı-qarşıya gəlmək məcburiyyətində qalmayacaqlar.NOCOMMENT.az
00:46 / 27 Aprel 2026
130
00:06 / 27 Aprel 2026
40
23:47 / 26 Aprel 2026
180
23:30 / 26 Aprel 2026
45
22:41 / 26 Aprel 2026
57
21:41 / 26 Aprel 2026
86
21:19 / 26 Aprel 2026
78
20:31 / 26 Aprel 2026
101
19:47 / 26 Aprel 2026
108
19:09 / 26 Aprel 2026
103
19:05 / 26 Aprel 2026
954
18:54 / 26 Aprel 2026
1668
18:49 / 26 Aprel 2026
80
18:48 / 26 Aprel 2026
126
18:11 / 26 Aprel 2026
107
17:49 / 26 Aprel 2026
111
17:34 / 26 Aprel 2026
43
17:32 / 26 Aprel 2026
170
17:18 / 26 Aprel 2026
90
17:08 / 26 Aprel 2026
91
16:57 / 26 Aprel 2026
82
16:40 / 26 Aprel 2026
257
16:38 / 26 Aprel 2026
311
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.