Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Kiyev rəhbərliyini tənqid etdi 

Zelenski Kiyev rəhbərliyini tənqid etdi 

DÜNYA

165

21.04.2026, 00:30

Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt rəhbərliyinin yeni istilik mövsümünə hazırlıq işlərini tənqid edib.

Oxu24.com  xəbər verir ki, bu barədə o, teleqram hesabında paylaşıb.

Bildirib ki, hazırda bütün bölgələrdə enerji və infrastruktur obyektlərinin yoxlanılması aparılır.

O qeyd edib ki, ötən qış olduqca çətin keçib və xüsusilə Rusiya tərəfindən həyata keçirilən hücumların nəticələrinin aradan qaldırılması üçün çalışan hər kəsə təşəkkürünü çatdırıb.

Prezident həmçinin qeyd edib ki, Kiyev şəhərində növbəti qış üçün kifayət qədər elektrik və istilik ehtiyat mənbələrinin yaradılmasında ciddi çatışmazlıqlar mövcuddur.