Ərdoğan,Putin,Tramp,Zelenski və Pezeşkian — Kimin maaşı nə qədərdir?
28 Mart 2026, 23:07
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
247
28.03.2026, 19:13
İtaliyada qətlə yetirilmiş modelin məzarı ilə bağlı şok hadisə baş verib. Model Pamela Geninin cəsədi naməlum şəxslər tərəfindən təhqir olunub və onun başı tabutdan oğurlanıb.
Oxu24.com xəbər verir ki, model ötən ilin oktyabr ayında Milan şəhərində amansızlıqla qətlə yetirilib.
İstintaq materiallarına əsasən, cinayəti onun keçmiş sevgilisi, 52 yaşlı varlı iş adamı Gianluca Sonçin törədib. Bildirilir ki, o, qadını uzun müddət təqib edib və münasibətlərin bərpası üçün israr göstərib.
Dəhşətli fakt aylar sonra üzə çıxıb. Belə ki, modelin cəsədi son dəfn yerinə köçürülərkən qəbiristanlıq əməkdaşları tabutun düzgün bağlanmadığını və bərkidici hissələrin boş olduğunu müşahidə ediblər. Tabut açıldıqda isə məlum olub ki, cəsədin başı yoxdur.
Həmçinin oxuyun
Məlumata görə, təxminən beş ay əvvəl dəfn olunmuş cəsədin yerləşdiyi tabutda yeni silikon izlərinin aşkarlanması qəbrin yaxın vaxtlarda açıldığını göstərir.
Polisin ilkin versiyasına əsasən, hadisədə 3-4 nəfər iştirak edib. Fakt həm meyitin təhqir edilməsi, həm də insan qalıqlarının oğurlanması kimi araşdırılır. İtaliya qanunvericiliyinə görə, bu cür cinayətlərə görə 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, Pamela Genini qətlə yetirilərkən bədənində 24-dən çox bıçaq xəsarəti aşkarlanmışdı. Hadisə zamanı şahidlər onun kömək çağırışlarını eşitsələr də, həyatını xilas etmək mümkün olmayıb.
İddiaya görə, cinayətdən sonra şübhəli şəxs intihara cəhd edib, lakin sağ qalıb. Hazırda o, həbsdə saxlanılır və keçmiş sevgilisini təqib etmə və qəsdən qətldə ittiham olunur.sfera.az
23:13 / 28 Mart 2026
1
23:07 / 28 Mart 2026
32
22:56 / 28 Mart 2026
57
22:55 / 28 Mart 2026
29
22:45 / 28 Mart 2026
35
22:37 / 28 Mart 2026
159
22:33 / 28 Mart 2026
416
22:31 / 28 Mart 2026
38
22:03 / 28 Mart 2026
136
21:59 / 28 Mart 2026
51
21:58 / 28 Mart 2026
46
21:49 / 28 Mart 2026
103
21:49 / 28 Mart 2026
141
21:40 / 28 Mart 2026
113
21:36 / 28 Mart 2026
202
21:19 / 28 Mart 2026
69
21:08 / 28 Mart 2026
498
21:05 / 28 Mart 2026
257
21:03 / 28 Mart 2026
54
20:50 / 28 Mart 2026
694
20:34 / 28 Mart 2026
1022
20:30 / 28 Mart 2026
80
20:29 / 28 Mart 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.