Yadplanetlilər BU TARİXDƏ dünya ilə təmasa keçir - ŞOK FAKTLAR
25 Mart 2026, 21:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
223
25.03.2026, 17:54
“Rusiya Prezidenti Vladimir Putin seçim qarşısında qalıb: ya Ukrayna ilə müharibədə strateji hazırlıq üçün müvəqqəti fasilə verib sonra davam etmək, ya da dayanmayaraq ən azı növbəti 12-18 ay ərzində döyüşləri davam etdirmək”.
Oxu24.com Teleqraf-a istinadla xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Pavlo Klimkin deyib.
Diplomat Yaxın Şərqdəki vəziyyətin Rusiyaya təsiri ilə bağlı suala belə cavab verib:
“Hazırda Putin şəxsi, taktiki və hətta bəlkə də strateji dəyişikliklər üzərində düşünür. Putin geosiyasi mövqelərinin bir hissəsini itirib. Söhbət Suriya, Venesuela, indi isə İrandakı durumdan söhbət gedir. Rusiya tükənir. Bu, açıq-aşkardır”.
Klimkin əlavə edib ki, bütün bunlara baxmayaraq, Rusiya hələ də əlavə və kifayət qədər böyük maliyyə vəsaitləri əldə edə bilir: “Amma bu vəsaitlər Rusiya iqtisadiyyatının fundamental, struktur problemlərini aradan qaldırmır”.
Sabiq nazir Rusiyada Teleqram sosial şəbəkəsinin bloklanmasına və digər messencerlərin işinin ləngidilməsinə də diqqət çəkib:
“Regionlarda internet bağlanır. Bunun yalnız İrandakı müharibənin nəticəsi olduğunu düşünmürəm. Rusiyada kifayət qədər mürəkkəb daxili proseslərin başlaya biləcəyi ilə bağlı real narahatlıq var”.
Klimkinin fikrincə, bu vəziyyətin sabit perspektiv kimi davam edib-etməyəcəyi sual altındadır:
“Bu o demək deyil ki, Rusiya sabah və ya birigün çökəcək, hələlik belə əlamətlər görmürəm təəssüf ki... Amma fundamental struktur problemlərin real əlamətləri nəzərə çarpır”.
Həmçinin oxuyun
21:38 / 25 Mart 2026
11
21:37 / 25 Mart 2026
14
21:27 / 25 Mart 2026
33
21:23 / 25 Mart 2026
58
21:15 / 25 Mart 2026
39
21:03 / 25 Mart 2026
49
21:02 / 25 Mart 2026
326
20:56 / 25 Mart 2026
93
20:55 / 25 Mart 2026
55
20:45 / 25 Mart 2026
75
20:32 / 25 Mart 2026
1023
20:27 / 25 Mart 2026
1025
20:19 / 25 Mart 2026
191
20:15 / 25 Mart 2026
63
20:04 / 25 Mart 2026
70
19:59 / 25 Mart 2026
234
19:47 / 25 Mart 2026
230
19:36 / 25 Mart 2026
208
19:26 / 25 Mart 2026
186
19:17 / 25 Mart 2026
421
19:11 / 25 Mart 2026
100
19:07 / 25 Mart 2026
384
19:04 / 25 Mart 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.