Qaynar xətt:

(+99450) 247 90 86

Tehranın üstündə belə uçdular... - Video 

Tehranın üstündə belə uçdular... - Video 

DÜNYA

160

07.03.2026, 00:59

İsrail Hərbi Hava Qüvvələri (IAF) bu gün İran səmalarında uçuş keçirən pilotların və qırıcı təyyarələrin kokpitindən çəkilmiş xüsusi görüntüləri ictimaiyyətlə paylaşıb.

Oxu24.com xəbər verir ki, “X”də yayılan videoda pilotların Tehran üzərində formalaşmış qrup halında uçduqları və birbaşa hədəflərə yönəldikləri əks olunub.

Görüntülərdə pilotun radio rabitəsi vasitəsilə İsrail vətəndaşlarına müraciət etdiyi eşidilir:

“Biz, İsrail Hərbi Hava Qüvvələrinin pilotları və naviqatorları, hazırda Tehran səmalarında uçuş keçiririk və tarixi hədəfləri vurmaq üçün yolumuza davam edirik. Günün 24 saatı döyüşürük və sizin dəstəyinizi hər an hiss edirik. İsrail vətəndaşlarına təhlükəsiz və sakit Şabbat arzulayırıq”.

Xatırladaq ki, fevralın 28-dən bəri davam edən “Aslan kükrəməsi” əməliyyatı çərçivəsində İsrail aviasiyası İranın hava hücumundan müdafiə sistemlərinin 80%-ni və ballistik raket buraxılış qurğularının 60%-ni sıradan çıxardığını bəyan edib. Hazırda İsrail rəsmiləri İran hava məkanında tam üstünlüyün əldə edildiyini və əməliyyatın növbəti mərhələsinə keçildiyini bildirirlər.