Neftin qiyməti dəyişdi
13 Noyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1153
07.03.2026, 00:13
İranın Gömrük İdarəsinin məlumatına görə, ölkə bazarında qiymətləri tənzimləmək məqsədilə yumurta, kartof, pomidor və xurmanın ixracı dayandırılıb. Bəs İrandan Azərbaycana bu məhsullar gətirilirmi? Bizim bazarlarda sözügedən məhsullar bahalaşa bilər?
Oxu24.com xəbər verir ki liberal İqtisadçılar mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında bildirib ki, İranda daxili bazarda qiymətləri sabit saxlamaq məqsədilə yumurta, kartof, pomidor və xurmanın ixracına qadağa qoyulub. Qərar ölkədə ərzaq məhsullarının bahalaşmasının qarşısını almaq və daxili tələbatı təmin etmək məqsədi daşıyır və qadağanın nə vaxta qədər davam edəcəyi açıqlanmayıb.
İqtisadçının sözlərinə görə, Azərbaycan bazarında bu məhsulların bir hissəsi yerli istehsal hesabına təmin olunsa da, bəzi dövrlərdə xüsusilə tərəvəz və meyvələrin müəyyən hissəsi İrandan da gətirilir. İran coğrafi yaxınlıq və nəqliyyat xərclərinin nisbətən aşağı olması səbəbindən Azərbaycan üçün kənd təsərrüfatı məhsullarının mühüm tədarükçülərindən biri hesab olunur:
“Bununla belə, yumurta, kartof və pomidor kimi məhsullar Azərbaycanda da geniş istehsal olunur. Xüsusilə kartof və pomidorun əsas hissəsi yerli təsərrüfatların payına düşür. Bu səbəbdən həmin məhsulların İran tərəfindən ixracının dayandırılması Azərbaycanın daxili bazarında ciddi qıtlıq yaratmayacaq”.
A.Nəsirli hesab edir ki, əgər qadağa uzun müddət davam edərsə və İrandan gələn məhsulların payı yüksək olduğu bazar seqmentkəri də qısa müddətli qiymət artımı ehtimalı yarana bilər:
“Lakin yerli istehsalın mövcudluğu və digər ölkələrdən idxal imkanları qiymətlərin kəskin bahalaşmasının qarşısını ala bilər. Ona görə də hazırkı mərhələdə İranın ixrac qadağasının Azərbaycan bazarına təsirinin məhdud olacağı, yalnız mövsümi və qısamüddətli qiymət dəyişikliklərinə səbəb ola biləcəyi ehtimal edilir”.
14:33 / 13 Noyabr 2026
1
14:24 / 13 Noyabr 2026
149
14:17 / 13 Noyabr 2026
180
14:12 / 13 Noyabr 2026
46
14:05 / 13 Noyabr 2026
104
14:00 / 13 Noyabr 2026
67
13:43 / 13 Noyabr 2026
126
13:41 / 13 Noyabr 2026
71
13:20 / 13 Noyabr 2026
72
13:05 / 13 Noyabr 2026
112
12:57 / 13 Noyabr 2026
103
12:45 / 13 Noyabr 2026
108
12:32 / 13 Noyabr 2026
144
12:20 / 13 Noyabr 2026
95
12:17 / 13 Noyabr 2026
94
12:08 / 13 Noyabr 2026
641
11:55 / 13 Noyabr 2026
109
11:45 / 13 Noyabr 2026
173
11:40 / 13 Noyabr 2026
105
11:21 / 13 Noyabr 2026
346
11:15 / 13 Noyabr 2026
118
11:12 / 13 Noyabr 2026
215
11:00 / 13 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.