Leyla Əliyeva Polad Həşimovun anası ilə... - Fotolar
06 Mart 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1238
06.03.2026, 17:41
Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri təmir olunacaq.
Oxu24.com xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti məsələ ilə bağlı tender elan edib.
Belə ki, məcburi köçkün evlərində müxtəlif təmir işlərinin görülməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 457 min 999 manatdır.
Azərbaycan dövlətinin daxili siyasətinin ən mühüm prioritetlərindən biri məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsidir. Biləsuvar rayonunda məcburi köçkün qəsəbələrinin təmiri üçün ayrılan 457 min 999 manatlıq vəsait bu istiqamətdə atılan növbəti əməli addımdır. Lakin bu, sadəcə lokal bir layihə deyil, ölkə miqyasında həyata keçirilən genişmiqyaslı strategiyanın bir hissəsidir.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov ilə söhbətimizdə bu layihələrin iqtisadi əsaslarını, ayrılan büdcə vəsaitlərinin şəffaflığını müzakirə etdik.
Vüqar Bayramovun sözlərinə görə, son illər keçmiş məcburi köçkünlərin məskunlaşması, eyni zamanda sosial təminatı dövlətin diqqət mərkəzində olan məsələlərdəndir:
“Çünki, nəzərə alsaq ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 75 minə yaxın vətəndaşımız çalışır, yaşayır və onların təxminən 30 minə yaxını keçmiş məcburi köçkünlərdir.
Əslində, bu ondan xəbər verir ki, məhz keçmiş məcburi köçkünlərlə bağlı həyata keçirilən siyasət onların məskunlaşması və mənzil təminatının daha yaxından bərpasına və güclənməsinə imkan yaradıb.
Həmçinin oxuyun
Eyni zamanda bildiyiniz kimi, keçmiş məcburi köçkünlər məskunlaşdıqdan üç il müddətində həmin əvvəlki sosial güzəştlərdən istifadə edə bilirlər və sosial güzəştlər də qüvvədə olur. Yəni bu, eyni zamanda o deməkdir ki, məskunlaşmadan sonra belə keçmiş məcburi köçkünlərin sosial güzəştlərdən istifadə etmək imkanları var.
Bir tərəfdən dövlət tərəfindən inşa edilən mənzillərlə təmin olunurlar, digər tərəfdən onların üç il müddətində sosial güzəştləri qalır. Ona görə proqram icra olunur. Təbii ki, proqram artıq “Böyük Qayıdışdan” sonra proqramın istiqamətləri dəyişib. İndi məskunlaşma və paralel olaraq sosial təminat tədbirləri öndədir.
Sözsüz nəzərə alsaq ki, dövlət büdcəsindən keçmiş məcburi köçkünlərimizin məskunlaşması üçün Qarabağ və Şərqi Zəngəzurun bərpasına artıq 23 milyard manata yaxın vəsait xərclənib. Növbəti illərdə bu rəqəm 27 milyard manata çatacaq. Və əslində bu ondan xəbər verir ki, praktik olaraq dövlət büdcəsində keçmiş məcburi köçkünlərin məskunlaşması ilə bağlı işğaldan azad olunmuş ərazilərimizin bərpası əsas xərc istiqamətlərindən biridir. Bu kontekstdən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi, onların məskunlaşması prioritetliyini qoruyur və növbəti dövrlər üçün də bu, sosial siyasətin əsas istiqamətlərindən biri olacaq”.
Göründüyü kimi, Biləsuvarda reallaşdırılacaq təmir işləri dövlətin öz vətəndaşına olan diqqətinin sadəcə bir həlqəsidir. Bu gün Azərbaycan dövləti həm işğaldan azad olunmuş ərazilərdə müasir "ağıllı" şəhər və kəndlər salır, həm də digər rayonlarda müvəqqəti məskunlaşmış soydaşlarımızın məişət şəraitini unudulmaz saxlayır.
Çimnaz Telmanqızı
00:59 / 07 Mart 2026
35
00:53 / 07 Mart 2026
47
00:40 / 07 Mart 2026
243
00:13 / 07 Mart 2026
55
23:58 / 06 Mart 2026
64
23:46 / 06 Mart 2026
80
23:28 / 06 Mart 2026
236
23:28 / 06 Mart 2026
120
23:22 / 06 Mart 2026
67
23:21 / 06 Mart 2026
1151
23:20 / 06 Mart 2026
61
22:57 / 06 Mart 2026
109
22:25 / 06 Mart 2026
123
21:57 / 06 Mart 2026
188
21:54 / 06 Mart 2026
61
21:49 / 06 Mart 2026
311
21:47 / 06 Mart 2026
101
21:44 / 06 Mart 2026
68
21:32 / 06 Mart 2026
1202
21:29 / 06 Mart 2026
224
21:26 / 06 Mart 2026
55
21:21 / 06 Mart 2026
234
21:14 / 06 Mart 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.