İran Putinin təklifinə cavab verdi
15 May 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
914
06.03.2026, 22:25
ABŞ və İsrailin İrana hücumundan sonra yenidən müzakirə mövzusuna çevrilib. Onun 2026-cı ilə dair qeydlərində İran ətrafında baş verəcək böyük müharibənin yeddi ay davam edəcəyi iddia olunur. Kahin həmin qeydlərdə münaqişənin uzun sürəcəyini və xeyli insanın həyatını itirəcəyini qeyd edib.
Oxu24.com xəbər verir ki, mətnlərdə diqqət çəkən ifadələrdən biri də “arı sürüsü” bənzətməsidir. Nostradamusun ardıcılları bu ifadəni müasir dövrdə döyüş meydanlarında geniş istifadə olunan pilotsuz uçuş aparatları ilə əlaqələndirirlər. Onların fikrincə, pusqu quran arı sürüsü təsviri koordinasiyalı dron hücumlarını və xüsusilə gecə saatlarında həyata keçirilən texnoloji zərbələri simvolizə edə bilər. Kahinin digər qeydlərində isə “Marsın ulduzlar arasında hakim olacağı zaman insan qanının müqəddəs məkanlara axacağı” barədə ifadələr yer alır.
Qədim Romada Marsın müharibə tanrısı sayılması bu fikirlərin qlobal münaqişələrlə əlaqələndirilməsinə səbəb olur. Bəzi şərhlərdə “Şərqdən qalxan üç alov” və “Qərbin səssizliyə bürünməsi” kimi təsvirlərin də hazırkı geosiyasi gərginliklə bağlı ola biləcəyi iddia edilir. Həmçinin oxu: Dedikləri düz çıxan Çin ‘Nostradamus’undan İranla bağlı gözlənilməz proqnoz Çox adamın notbuklarda fikir vermədiyi işarə — 20 manata satırlar Müharibəyə görə Çin maşınlarının istehsalı dayandırılır? — Bu şirkətlər bağlana bilər.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib. Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı “Arash-2” tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
19:11 / 15 May 2026
10
19:09 / 15 May 2026
47
19:01 / 15 May 2026
33
18:50 / 15 May 2026
46
18:40 / 15 May 2026
65
18:28 / 15 May 2026
64
18:07 / 15 May 2026
64
18:00 / 15 May 2026
75
17:47 / 15 May 2026
168
17:12 / 15 May 2026
66
17:00 / 15 May 2026
165
17:00 / 15 May 2026
74
16:56 / 15 May 2026
133
16:38 / 15 May 2026
68
16:35 / 15 May 2026
71
16:20 / 15 May 2026
86
16:13 / 15 May 2026
204
16:09 / 15 May 2026
64
15:55 / 15 May 2026
76
15:50 / 15 May 2026
781
15:50 / 15 May 2026
81
15:47 / 15 May 2026
73
15:41 / 15 May 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.