Eyni suyu dəfələrlə qaynatmaq təhlükəlidirmi? – Mütəxəssislərdən açıqlama
11 May 2026, 17:17
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
532
06.03.2026, 20:25
Süni intellekt demək olar ki, həyatımızın hər sahəsinə daxil olub. Telefonlarımızdakı səsli köməkçilərdən tutmuş xəstəliklərin diaqnozuna, hətta sənət əsərlərinin yaradılmasına qədər bir çox işi artıq süni intellekt yerinə yetirir.
Bir tərəfdən süni intellekt insan həyatını asanlaşdıran möhtəşəm imkanlar təqdim edir. Lakin digər tərəfdən narahatlıqlar da getdikcə artır. Ən böyük qorxulardan biri süni intellektin insan nəzarətindən çıxma ehtimalıdır. Süni intellekt müstəqil qərarlar verməyə başlasa və bu qərarlar insan maraqları ilə üst-üstə düşməsə, nəticələr ciddi problemlərə səbəb ola bilər. Bundan əlavə, süni intellektin kütləvi işsizliyə səbəb ola biləcəyi də tez-tez müzakirə olunur.
Bu güclü texnologiya gələcəkdə həqiqətən təhlükəli ola bilər?
Sualımızı cavablandıran İKT üzrə mütəxəssis Elvin Abbasov Oxu24.com-a açıqlamasında bildirib ki, süni intellekt texnologiyalarının inkişafı son illərdə sürətlənib və getdikcə daha çox sahədə tətbiq olunmağa başlayıb:
“Süni intellektin yeni funksiyaları dayanmadan, bir axınla həyatımızı dəyişdirir. Hələ dünən mümkünsüz görünən bir sıra məsələlər artıq anındaca öz həllini tapır. Məsələn, köhnə fotoların bərpasına 50 il öncə rəssamlıq bacarığı olan şəxslər saatlarla zaman sərf edirdilər. Sonralar qrafik proqramların köməyi ilə bu işi xeyli az müddətə görmək mümkün oldu. Hazırda isə süni intellekt bu işə cəmi 1-2 dəqiqə zaman sərf edir.
Süni intellekt bir çox məsələlərin həllində yardımçı olduğu kimi, həm də bəzi sahələrdə işsizliyin yaranmasına səbəb olub. Bu gün intellektual əməklə məşğul olan insanların başı üzərində işi itirmək təhlükəsi günü-gündən genişlənir”.
Mütəxəssis qeyd edib ki, əmək bazarını gözləyən əsas dəyişiklik isə bacarıqların hibridləşməsi və yaradıcı iqtisadiyyatın yüksəlişidir: “2026-cı ilin reallığında süni intellekt insanı birbaşa əvəzləməkdən əlavə iş prosesində insanın rolunu strateji qərarverici və etik nəzarətçi səviyyəsinə qaldırır. Empatiya, tənqidi təfəkkür, liderlik və mürəkkəb emosional zəka tələb edən peşələr (məsələn, psixologiya, strateji idarəetmə və yaradıcı sənətlər) öz dəyərini daha da artırır. Qısası, bazarda rəqabətədavamlı qalmaq üçün artıq yalnız bir sahənin mütəxəssisi olmaq kifayət etmir; hər bir peşə sahibi həm də süni intellekti idarə edə bilən və rəqəmsal etika qaydalarına bələd olan bir "texno-peşəkar"a çevrilməlidir”.
Yeganə
20:49 / 11 May 2026
1
20:28 / 11 May 2026
27
20:21 / 11 May 2026
36
20:11 / 11 May 2026
50
19:45 / 11 May 2026
39
19:41 / 11 May 2026
72
19:28 / 11 May 2026
208
19:21 / 11 May 2026
61
19:09 / 11 May 2026
62
18:59 / 11 May 2026
62
18:50 / 11 May 2026
81
18:46 / 11 May 2026
228
18:39 / 11 May 2026
93
18:33 / 11 May 2026
80
18:28 / 11 May 2026
142
18:16 / 11 May 2026
188
18:09 / 11 May 2026
68
18:06 / 11 May 2026
589
18:00 / 11 May 2026
320
17:57 / 11 May 2026
67
17:55 / 11 May 2026
167
17:33 / 11 May 2026
85
17:21 / 11 May 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.