Tehranın üstündə belə uçdular... - Video
07 Mart 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
174
06.03.2026, 23:46
ABŞ-ın İrana zərbələri cənub sərhədimiz istiqamətində siyasi və iqtisadi deyil, həm də ekoloji təsirlərə malikdir. Belə hadisələr nəticəsində partlayışlar, yanğınlar və hərbi fəaliyyətlər havaya toz, zərərli qazlar və digər çirkləndiricilər buraxa bilər. Xüsusilə də havanın keyfiyyətinə təsir göstərən bu vəziyyətin sağlamlığa, ekosistemə və gündəlik həyata təsirləri var.
Hərbi hücumlar və raket partlayışları nəticəsində havaya hansı növ çirkləndiricilər buraxılır və bu insan sağlamlığı üçün nə dərəcədə təhlükəlidir?
Həmçinin oxuyun
Oxu24.com bildirir ki, mövzu ilə bağlı konkret.az-a danışan ekoloq Ənvər Əliyev bildirib: “Müharibə ocaqları sərhədə yaxınlaşsa, əlbəttə ki, mənfi təsirləri olacaq. Fəsillərin dəyişilmə hallarında cənubdan bizə hava axınları çoxalır. Xüsusilə də havalar istiləşdikcə, Afrikanın şimalından gələn və İran tərəfdən cənub hava axınları çoxalır. Partlayışlar, raket hücumları müəyyən problemlər yarada bilər”.
“Problemin ən mühüm məqamı odur ki, külli miqdarda partlayışlar tüstü axınları ilə zəhərli qazlarla eyni mühitdə müəyyən qədər sağlamlığa zəzəri olar. Bunun ekosistemə və insanın nəfəs orqanlarına mühüm təsirləri var. Yaşından asılı olmayaraq hər kəsə təsir edəcək. Hələlik, yaxşı ki, müharibə ocaqları bizdən çox uzaqdadır. Partlayışların bura gəlib çıxmağı da problemlidir. Ona görə də diqqətli olmaq lazımdır. Belə hallarda dövlətlərarası müqavilələr var və insanların sağlamlığına təhdid olduqda, ölkəmiz xəbərdarlıq etməlidir”, — deyə Ənvər Əliyev qeyd edib.
00:59 / 07 Mart 2026
160
00:53 / 07 Mart 2026
188
00:40 / 07 Mart 2026
369
00:13 / 07 Mart 2026
118
23:58 / 06 Mart 2026
146
23:28 / 06 Mart 2026
1215
23:28 / 06 Mart 2026
229
23:22 / 06 Mart 2026
144
23:21 / 06 Mart 2026
2094
23:20 / 06 Mart 2026
139
22:57 / 06 Mart 2026
205
22:25 / 06 Mart 2026
218
21:57 / 06 Mart 2026
320
21:54 / 06 Mart 2026
98
21:49 / 06 Mart 2026
462
21:47 / 06 Mart 2026
134
21:44 / 06 Mart 2026
102
21:32 / 06 Mart 2026
1867
21:29 / 06 Mart 2026
410
21:26 / 06 Mart 2026
89
21:21 / 06 Mart 2026
329
21:14 / 06 Mart 2026
202
21:02 / 06 Mart 2026
2994
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.