Rusiya bu əraziləri də nəzarətə götürdü
27 Aprel 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
766
23.02.2026, 14:52
ABŞ İrana 48 saat vaxt verdi. 26 fevral bu vaxt başa çatır. İran verilən vaxt müddətində ABŞ- nin tələblərini qəbul edəcəkmi?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Oxu24.com-a bildirib ki, ABŞ qoşunlarının regiona toplanma miqyası böyüdükcə,yəni aviasiya,istər canlı qüvvə, istərsə də donanma baxımdan geniş bir hərbi aktivlik artıqca gərginlik yüksəlir:
"Bu gərginlik fonunda İrana 48 saat verilməsi də təsadüfi deyil. Daha dəqiq, bu ciddi bir xəbərdarlıqdır.Əslində bu o deməkdir ki, ABŞ hərəkətə keçəcəkdir.Əvvəlki açıqlamalarda qeyd etdiyimi kimi, düşünmürəm ki, total hücum baş versin. Amma ABŞ ən azından İrana məxsus strateji obyektləri sıradan çıxarmağa çalışacaq.O cümlədən İran ali rəhbərini, ölkənin mühüm strateji şəxslərini də ortadan götürəcək. ABŞ administrasiyası düşünür ki, bundan sonra gərginliyə səbəb olan ciddi məsələlər öz həllini qismən tapa bilər.
Həmçinin oxuyun
Hesab edirəm ki, ABŞ İrana ciddi zərbələr vura bilər, həmçinin İranın da eyni qaydada buna cavab verəcəyini demək mümkündür. Çünki İrana 48 saat müddət verilməsi məsələsi artıq səssiz qalınası bir məsələ deyil.
Hər halda birmənalı olaraq “total müharibə olacaq” demək də çətindir, amma gedişat onu göstərir ki, İrana verilən 48 saatlıq vaxt hərbi əməliyyatların qaçılmaz olduğunu deyir. ABŞ İranın 48 saat müddətində bəzi gərginlik yaradan məsələlərdə razılığa gəlməməsindən sonra müharibənin baş verməməsi də ABŞ- ın hegemon nüfuzuna ən böyük zərbə ola bilər”-deyə politoloq vurğulayıb .
Xatırladaq ki, ABŞ rəsmiləri Qərb mediasına açıqlamalar verib. Onlar bildiriblər ki, ABŞ növbəti 48 saat ərzində İranın nüvə sazişi ilə bağlı ətraflı təklif alarsa, fevralın 27-də Cenevrədə İranla daha bir danışıqlar raundunu keçirməyə hazırdır.
Əntiqə Rəşid
22:09 / 27 Aprel 2026
1
22:01 / 27 Aprel 2026
42
21:56 / 27 Aprel 2026
382
21:53 / 27 Aprel 2026
32
21:52 / 27 Aprel 2026
25
21:43 / 27 Aprel 2026
198
21:40 / 27 Aprel 2026
32
21:38 / 27 Aprel 2026
34
21:27 / 27 Aprel 2026
46
21:15 / 27 Aprel 2026
133
21:02 / 27 Aprel 2026
59
20:45 / 27 Aprel 2026
49
20:30 / 27 Aprel 2026
179
20:22 / 27 Aprel 2026
164
20:08 / 27 Aprel 2026
126
19:56 / 27 Aprel 2026
204
19:46 / 27 Aprel 2026
72
19:35 / 27 Aprel 2026
78
19:26 / 27 Aprel 2026
85
19:15 / 27 Aprel 2026
212
18:54 / 27 Aprel 2026
130
18:37 / 27 Aprel 2026
206
18:20 / 27 Aprel 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.