ABŞ-nin təyyarədaşıyan gəmiləri batırıla bilərmi?
20 Fevral 2026, 22:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
73
20.02.2026, 20:47
Rusiya hökuməti Maliyyə Nazirliyinin vizasız ölkələrdən gələn əcnəbi işçilər üçün şərtləri sərtləşdirən qanun layihələri paketini müzakirə etməyi planlaşdırır.
Oxu24.com “Kommersant”a istinadən xəbər verir ki, təşəbbüsə əsasən, əcnəbilərdən yalnız özləri üçün deyil, həm də azyaşlı uşaqları və öhdələrindəki digər şəxslər üçün də hər birinə iş icazəsi xərcinin 50 faizi məbləğində ödəniş tələb olunacaq.
18 yaşına çatan uşaqlar özləri iş icazəsi almalı və ya yaşayış üçün başqa qanuni əsasları olmadığı təqdirdə ölkəni tərk etməlidirlər.
İş icazələri üçün əvvəlcədən ödənişlər işləyən əcnəbilərə də şamil ediləcək. Bundan əlavə, iş icazələri yalnız onların işdən əldə etdiyi gəlir regional yaşayış minimumundan az olmadıqda əldə oluna bilər. Vergi orqanları rüblük gəlir məlumatlarını Daxili İşlər Nazirliyinə təqdim edəcək ki, bu da iş icazələrinin, yaşayış icazələrinin və ya müvəqqəti yaşayış icazələrinin uzadılması üçün əsasların yoxlanılmasına imkan yaradacaq.
Qeyd edək ki, son 3 ildə Rusiya hakimiyyəti postsovet məkanından ölkəyə miqrant axınına qarşı qaydaları sürətlə sərtləşdirir. Bu prosesin arxasında Rusiyanın Ukraynadakı böyük insan itkilərini kompensasiya etmək məqsədinin dayandığı heç kimə sirr deyil. Rusiya rus dilini az-çox bilən şəxslərin əmək miqrantı kimi çalışması imkanlarını daraltmaqla onları orduya yönləndirməyə çalışır.
Artıq Rusiyanın 33 bölgəsində miqrantların işə qəbuluna məhdudiyyətlər tətbiq olunub. Sonuncu belə addımı Rostov vilayəti atıb: qubernator Yuri Slyusarın əmri ilə 2026-cı il aprelin 1-dən dekabrın 31-dək miqrantlar Rostov vilayətində kuryer və ya qida, içki və tütün məhsullarının topdan və pərakəndə satıcısı kimi işləyə bilməyəcəklər. Bundan əlavə, onlara quru və boru kəməri nəqliyyatında iştirak etmək, eləcə də poçt şöbəsində işləmək qadağan ediləcək. Martın 1-dən etibarən miqrantlara qiymətli metalların satışı və fitnes mərkəzlərinin fəaliyyətində iştirak etmək də qadağan olunacaq.
Müxtəlif bölgələrdə qadağalar çatdırılma, taksi, ticarət və digər məşğulluq sektorlarına da şamil olunur. Qadağalar yalnız iş icazəsi ilə işləyən miqrantlara şamil edilir. Avrasiya İqtisadi Birliyi ölkələrinin (Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) vətəndaşları məhdudiyyətlərə məruz qalmayacaqlar. İş icazəsi Abxaziya, Azərbaycan, Moldova, Tacikistan və Özbəkistan vətəndaşlarından tələb olunur...
Rusiyada miqrantların daha çətin dövrü başladı - ölkəyə axın sürətlə azalır... - Baki-Xeber.com
Sərt qadağalar Rusiyaya miqrant axınını zəiflətsə də, qarşısını tam almır. Rusiya DİN-in məlumatına əsasən 2025-ci ildə Rusiyaya 15,6 milyon əcnəbi giriş edib. Bunun cəmi 4,8 milyonu turist girişi olub. Rəsmi məlumata görə, 2026-cı ilin əvvəlinə qədər ölkədəki əcnəbilərin sayı illik müqayisədə 10 faiz azalaraq 5,7 milyona düşüb.
Maraqlıdır ki, son 2 ildə Rusiya ölkəyə gələnlərin qeyd etdikləri gəlmə səbəbləri üzrə bölgüsünü açıqlamır. Buna görə də ötən il ölkəyə giriş edənlərin nə qədərinin əmək miqrantı kimi qeydiyyatdan keçdiyini söyləmək mümkün deyil. Lakin aydın görünən xətt Rusiyanın əmək bazarındakı işçi çatışmazlığını uzaq xaricdən gətirilənlər hesabına aradan qaldırmaqla postsovet məkanından gələnləri Ukraynadakı müharibəyə yönləndirmək siyasətinə üstünlük verməsidir.
Həmçinin oxuyun
Belə ki, 2026-cı ildə Rusiya hakimiyyəti Hindistan, Çin, Malayziya, Banqladeş və Afrika ölkələrindən daha çox miqrant işçi cəlb etməyi planlaşdırır. Əmək Nazirliyinin qərarına əsasən, onlar üçün kvota 2025-ci illə müqayisədə 20 faiz artımla 279 000 nəfər müəyyən edilib. Nazirlik iddia edir ki, 2026-cı ildə ümumi kvotanın 92 faizi sənaye müəssisələri və irimiqyaslı infrastruktur layihələri üçün ixtisaslı işçiləri əhatə edir. Qalan hissəsi isə çətin iş şəraitində çalışan ixtisassız işçilər, eləcə də baytar texnikləri və ya heyvan baxıcıları kimi digər işçilər olacaq.
Məlumdur ki, Azərbaycandan Rusiyaya işləmək üçün gedənlərin sayı kifayət qədər çoxdur. Rusiyada 2021-ci ildə keçirilən əhali siyahıyaalınmasına əsasən, təxminən 670 000 nəfər ölkə vətəndaşı özünü azərbaycanlı kimi təqdim edib. 2025-ci ilin əvvəlinə olan rəsmi məlumatlara görə, Rusiyada 331 727 Azərbaycan miqrantı qanuni iş icazəsi alıb, ilin sonun bu göstərici 224 minə düşüb.
Rusiya tərəfinin statistikasına əsasən 2025-ci ildə Azərbaycandan bu ölkəyə gedənlərin ümumi sayı 430 min nəfər olub. Bu, 533 min gedişin qeydə alındığı 2024-cü ildən 103 min nəfər, yaxud 19,4 faiz azdır. Patent almadan Rusiyada işləyən azərbaycanlıların sayının getdikcə artdığı bildirilir. Buna səbəb patent üçün məhdudiyyətlərin artması, həmçinin onu alan şəxslərin Rusiya ordusuna cəlb olunması hallarının çoxalmasıdır.
2024-cü ilin dekabrında AZAL təyyarəsinin Qroznıda Rusiya tərəfindən vurulmasından sonra iki ölkə arasında münasibətlər kəskinləşib. Bu soyuqlaşma Rusiyanın müxtəlif ərazilərində Azərbaycan icmasının hücumlara məruz qoyulması, diaspora liderlərinin həbs edilməsi, yaxud ölkədən deportasiya olunması ilə müşayiət olunmaqdadır. Rusiya mətbuatında müntəzəm olaraq ölkədə yaşayan azərbaycanlıların kütləvi qovulmasına çağırışlar tirajlanır.
İki gün əvvəl belə çağırışla Rusiyalı politoloq və tarix üzrə fəlsəfə doktoru Vadim Truxaçev çıxış edib. O, yerli mətbuata açıqlamasında Rusiyadakı azərbaycanlılara qarşı sərt addımların atılmasına çağırıb:
“Hazırda azərbaycanlılar əsasən taksi sürücüsü kimi çalışır və bəzi bazarlara nəzarət edirlər. Onların bölgələrdə ticarət etməsi qadağan ediləcək və nəticədə Rusiya əleyhinə əhval-ruhiyyəli diaspora Moskvaya köç edəcək. Və bunlar yalnız potensial mütəşəkkil cinayətkar qruplar deyil. Onlar həm də Rusiya əleyhinə əhval-ruhiyyənin qaynar nöqtəsidir. Bu gün Azərbaycan, ehtimal ki, postsovet məkanında ən çox Rusiya əleyhinə olan respublikadır. Digər Asiya postsovet respublikalarının liderləri Trampa hörmət etsə də və NATO üzvü olan dövlətlərlə əməkdaşlıq qursa da, əsas siyasətdə Rusiyanın müttəfiqləri kimi davranırlar. Aydındır ki, siyasətçilərimiz müstəqil bir xətt tutmaq və müttəfiqlərlə düşmənləri ayırd etməli olduqlarını başa düşüblər”.
Beləliklə, Rusiyada gedən proseslər azərbaycanlıların kütləvi şəkildə bu ölkədən çıxarılmasına hazırlıq kimi qiymətləndirilə bilər.
Azərbaycanın məhdud əmək bazarının ən azı 300-400 min nəfər təşkil edəcək insanları işlə təmin etmək imkanı demək olar ki, yoxdur. Yeganə istiqamət işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tikinti-yenidənqurma işləridir. Lakin yüz minlərlə insanın ora üz tutması son 3-4 ildə regionlardan azad olunmuş ərazilərə yönələn əmək miqrasiyasının yenidən Bakıya istiqamətlənməsinə gətirib çıxara bilər. Bu isə paytaxtın əmək bazarını qaldırması mümkün olmayan yüklənməyə məruz qoya bilər..
23:17 / 20 Fevral 2026
6
23:12 / 20 Fevral 2026
11
23:12 / 20 Fevral 2026
17
22:58 / 20 Fevral 2026
26
22:48 / 20 Fevral 2026
325
22:34 / 20 Fevral 2026
27
22:25 / 20 Fevral 2026
45
22:23 / 20 Fevral 2026
32
22:19 / 20 Fevral 2026
55
22:14 / 20 Fevral 2026
209
22:07 / 20 Fevral 2026
75
22:05 / 20 Fevral 2026
47
21:58 / 20 Fevral 2026
52
21:55 / 20 Fevral 2026
43
21:51 / 20 Fevral 2026
278
21:46 / 20 Fevral 2026
55
21:46 / 20 Fevral 2026
51
21:38 / 20 Fevral 2026
45
21:29 / 20 Fevral 2026
107
21:29 / 20 Fevral 2026
50
21:28 / 20 Fevral 2026
60
21:11 / 20 Fevral 2026
59
20:58 / 20 Fevral 2026
55
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.