Qaynar xətt:

(+99450) 247 90 86

Gizli eşq qanla bitdi: Əsədin sarayındakı qaranlıq sirlər üzə çıxdı

news/2026_02_09/esed_1770660891.webp

DÜNYA

121

09.02.2026, 22:19

Əsəd, sirlərinin açılmasından qorxaraq keçmiş sevgilisini aradan götürüb

Amerikanın "The Atlantic" dərgisinin araşdırmasına görə, Suriyada rejimin süqutuna gedən proses təkcə hərbi məğlubiyyətlə deyil, saray daxilindəki gizli münasibət və qanlı hesablaşmalarla da bağlı olub. Bildirilir ki, Bəşər Əsədin media müşaviri Luna əl-Şibl onun gizli sevgilisi olub.

Oxu24.com -un məlumatına görə, mənbələr iddia edir ki, əl-Şibl sonradan Rusiya üçün agentliyə başlayıb və İranın Suriyadakı fəaliyyəti barədə məlumat ötürüb. 2024-cü ilin iyulunda “avtomobil qəzası” kimi qeydə alınan ölümün əslində Əsədin əmri ilə infaz olduğu irəli sürülür.

Araşdırmada qeyd olunur ki, hakimiyyətini itirəcəyini anlayan Əsəd, sirlərinin açılmasından qorxaraq keçmiş sevgilisini aradan götürüb. Əsədin 2024-cü ilin dekabrında gizlicə Rusiyaya qaçması isə yaxın çevrəsində ciddi şok yaradıb.