Aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
08 May 2026, 16:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
841
09.02.2026, 22:54
Bəzən eyni marka və eyni çəkidə olan məhsulun bir marketdə xeyli ucuz, digərində isə nəzərəçarpacaq dərəcədə baha satılması alıcıların diqqətini çəkir. Qiymət fərqləri istehlakçılar arasında çaşqınlıq yaradır. Bəs bu məsələ qanunvericiliklə necə tənzimlənir?
Oxu24.com bildirir ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, bu cür şikayətlərə ən çox çörəklərlə bağlı rast gəlinir:
“Xüsusilə Azad İstehlakçılar Birliyinə Mərdəkan və Şüvəlan zonasından müraciətlər edilir və bildirilir ki, eyni çörək müxtəlif mağazalarda fərqli qiymətlərə satılır. Əhali bunu düzgün qəbul etmir və narazılıq ifadə edir. Lakin istehlakçılar bilməlidir ki, qiymətləri dövlət tərəfindən tənzimlənməyən mallar istənilən yerdə istənilən qiymətə satıla bilər. Bu, azad bazar iqtisadiyyatının əsas prinsiplərindən biridir və burada hər hansı qanun pozuntusu yoxdur”.
E.Hüseynov həmçinin bir sıra malların və xidmətlərin qiymətinin dövlət tərəfindən tənzimləndiyini də qeyd edib:
“Bunlara işıq, qaz, su, eləcə də 3000-dən artıq dərman preparatı və digər xidmətlər daxildir. Bu məhsul və xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir və həmin qiymətlərdən yuxarı satılması məsuliyyət yaradır. Qalan mallara gəldikdə isə, onların istənilən yerdə istənilən qiymətə satılması qanunvericiliyə uyğundur. Burada bazarda seçim sərbəstdir, yəni satıcı öz qiymət siyasətində sərbəstdir, istehlakçı isə haradan və hansı qiymətə almaq qərarını özü verir”.
Həmçinin oxuyun
Sədr dərmanların maksimal qiymətlərinin də dövlət tərəfindən tənzimləndiyini əlavə edib:
“Aptek şəbəkələri bu qiymətlərdən yuxarı satış həyata keçirə bilməz, lakin daha aşağı qiymət təklif edə bilərlər. Bu, biznes subyektlərinin öz siyasətlərini istehlakçıları cəlb edəcək şəkildə qurmasına imkan verir. Yəni aşağı qiymət mümkündür, amma yuxarı qiymət qadağandır. İstehlakçılar bunu anlamalıdırlar ki, qiyməti dövlət tərəfindən tənzimlənməyən mallar istənilən yerdə istənilən qiymətə satıla bilər və bu, qanun pozuntusu hesab edilmir”.
Şikayətinizi və şahidi olduğunuz hadisəni çəkib bizə göndərin!
16:24 / 08 May 2026
41
16:22 / 08 May 2026
15
16:06 / 08 May 2026
33
16:04 / 08 May 2026
38
15:56 / 08 May 2026
101
15:43 / 08 May 2026
36
15:29 / 08 May 2026
149
15:21 / 08 May 2026
41
15:15 / 08 May 2026
50
15:06 / 08 May 2026
46
15:02 / 08 May 2026
95
14:56 / 08 May 2026
92
14:51 / 08 May 2026
58
14:40 / 08 May 2026
199
14:29 / 08 May 2026
254
14:24 / 08 May 2026
59
14:19 / 08 May 2026
74
14:08 / 08 May 2026
209
14:06 / 08 May 2026
82
13:57 / 08 May 2026
58
13:46 / 08 May 2026
733
13:12 / 08 May 2026
240
12:58 / 08 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.