Qaynar xətt:

(+99450) 247 90 86

Qızıl unitazlı ev satışa çıxarıldı - FOTO 

news/2026_01_30/unit_1769799158.jpg

DÜNYA

61

30.01.2026, 22:54

Rusiyada Stavropol vilayətinin Dövlət Yol Polisi idarəsinin sabiq rəisi Aleksey Safonova məxsus, el arasında “qızıl unitazlı ev” kimi tanınan dəbdəbəli malikanə satışa çıxarılıb.

Oxu24.com  Musavat.com-a istinadla xəbər verir ki, “qaraçı barokko” üslubunda inşa edilmiş bu xüsusi mülkün ilkin satış qiyməti 9 milyon rubl müəyyən edilib.

Məlumata görə, malikanə interyerində ifrat dəbdəbə elementləri - qızılı sanitar qovşaqlar və bahalı dekor detalları ilə diqqət çəkirdi.

Safonovun özü isə ötən ilin yazında rüşvətxorluq ittihamı ilə məhkəmə tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.