İmran Xanla bağlı üzücü xəbər
17 Fevral 2026, 09:16
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
553
23.01.2026, 22:16
ABŞ-ın İran rejiminə qarşı bir neçə həftə öncə gözlənilən əməliyyatı təxirə salınsa da, gündəmdən çıxmayıb. Əksinə, Venesuela diktatoru Nikolas Maduronun həbsindən sonra növbə İrana çatıb. Yayılan məlumatlardan belə qənaət yaranır ki, Tramp adminstrasiyası İrana qarşı “Maduro əməliyyatı”nın bir qədər genişləndirilmiş variantını həyata keçirmək istəyir.
Oxu24.com xəbər verir ki, belə bir iddia ilə politoloq Xaqani Cəfərli çıxış edib.
O bildirib ki, “Maduro əməliyyatı” ABŞ ordusunun xüsusi təyinatlı bölməsi “Delta Force” tərəfindən Nikolas Maduro və həyat yoldaşı Silia Floresin ələ keçirilərək həbs edilməsi ilə məhdudlaşmışdı:
“İrana qarşı əməliyyat zamanı isə “Delta Force”nin “həbs siyahısı”nda daha çox şəxsin adı ola bilər.
ABŞ-ın həyata keçirəcəyi əməliyyatın ilk hədəfinin İranın dini lideri Seyid Əli Xameneinin olacağı haqqında Tehranın rəsmi dairələrində dəqiq məlumat var. Əks halda Prezident Məsud Pezeşkian bunununla bağlı açıqlama ilə çıxış etməzdi.
Prezident Donald Trampın Xameneini “xəstə adam” adlandrması və İranın yeni rəhbərə ehtiyacının olması haqqında açıqlaması da göstərir ki, ABŞ-ın həyata keçirəcəyi əməliyyatın ilk hədəfi Seyid Əli Xamenei ola bilər”.
Ekspertin fikrincə, “Delta”nın həbs edəcəyi ikinci şəxs Əli Laricani ola bilər:
“İrandakı son etirazlarda insanların küləvi qətlinə görə Xameneidən sonra ən çox məsuliyyət daşıyan şəxs Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricanidir. Güc strukturlarının və cəza dəstələrinin etirazçılara qarşı cəza əməliyyatına Əli Laricani rəhbərlik edib. Vaşinqton və Yerusəlimin Əli Laricanin cinayətini sübut edəcək dəlillər toplaması onu göstərir ki, bu şəxsin adı həbs olunacaq şəxslərin siyahısında var. ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsinin bir neçə gün öncə Əli Laricaniyə qarşı sanksiya tətbiq etməsi də Laricani ilə bağlı prosesə start verildiyini göstərir.
Əli Laricanin həbsini zəruri edən siyasi məqamlar hüquqi amillərdən az deyil. Beş nəfərdən ibarət Laricani qardaşları İrandakı rejimin ən güclü qruplaşmalarından biri hesab olunur. Laricani qardaşlarının hər biri teokartik rejimin önüməli simasıdır. Bir zamanlar Xameneinin varisi olacağı ehtimal edilən Sadiq Laricanin adı yenidən önə çıxamağa başlayıb. İslam İnqilabından sonra ən irimiqyaslı etirazın qan gölündə boğulmasında oynadığı rola görə rejimin mühafizəkar dairələrində Əli Laricaninin mövqeyi çox güclənib.
Mühafizəkarlar Laricani ailəsinə rejimi qoruya biləcək ünvan kimi baxırlar. Buna görə Sadiq Laricani mühafizəkarların vahid namizədi kimi önə çıxmağa başlayıb. Xameneinin hansısa bir səbəbdən hakimiyyətdən kənarlaşdırılacağı halda onun yerinə Sadiq Laricaninin gətiriləcəyi ehtimalı çoxdur.
Məsud Pezeşkianın prezident seçilməsindən sonra revanş götürməyə çalışan farslar rejim mövcudluğunu qoruyacağı halda hakimiyyətə Sadiq Laricaninin gətirilməsinə çalışacaqlar. Sadiq Laricaninin hakimiyyəti ələ keçirməsi isə daha pis prespektiv vəd edir. Ona görə də “Delta Force”nin İranda həbs edəcəyi və yaxud da zərərsizləşdirəcəyi şəxslər arasında Laricani qardaşlarından ən azı birinin, bəlkə ikisinin adının olacağı ehtimalı çox yüksəkdir.
“Delta Force”nin İranda həbs edəcəyi və yaxud zərərsizləşdirəcəyi şəxslərin siyasında Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin adının olma ehtimalı da çox yüksəkdir. Əli Əkbər Vilayəti “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”na (TRIPP) qarşı kəskin mövqeyi ilə tanınır. TRIPP-i İran və Rusiya arasında dayanacaq gürzə adlandıran Əli Əkbər Vilayətinin hazırda əsas vəzifəsi bu layihənin gerçəkləşməsinin qarşısını almaqdır. Bütün bunlara görə, Əli Əkbər Vilayətinin adının “Delta Force”nin həbs edəcəyi şəxlərin siyahısında olduğu ehtimal edilir”.
Politoloq İranda həbs edilə biləcək insanların sayının 10-dan çox olacağını təxmin edib.
Həmçinin oxuyun
10:43 / 17 Fevral 2026
9
10:39 / 17 Fevral 2026
12
10:24 / 17 Fevral 2026
21
10:16 / 17 Fevral 2026
51
10:08 / 17 Fevral 2026
37
10:02 / 17 Fevral 2026
32
09:54 / 17 Fevral 2026
109
09:46 / 17 Fevral 2026
42
09:41 / 17 Fevral 2026
514
09:35 / 17 Fevral 2026
47
09:30 / 17 Fevral 2026
83
09:25 / 17 Fevral 2026
51
09:16 / 17 Fevral 2026
42
09:08 / 17 Fevral 2026
35
08:58 / 17 Fevral 2026
50
08:46 / 17 Fevral 2026
51
00:18 / 17 Fevral 2026
547
00:02 / 17 Fevral 2026
154
23:58 / 16 Fevral 2026
157
23:55 / 16 Fevral 2026
552
23:54 / 16 Fevral 2026
119
23:50 / 16 Fevral 2026
115
23:44 / 16 Fevral 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.