SEPAH onlara icazə verdi
27 May 2026, 02:51
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
560
30.09.2025, 13:43
Financial Times (FT) yazır ki, Avropa İttifaqı (Aİ) Macarıstanın mövqeyindən yan keçərək, Ukrayna və Moldovanın üzvlüyünə dair texniki işə başlayıb.
Oxu24.com xəbər verir ki, Avropa Komissiyası (AK) Macarıstanın baş naziri Viktor Orbanın vetosundan yayınmaq üçün qaydalara düzəlişlər etməyi təklif edib.
O, "klasterlər" üzərində işləməyi təklif etdi - ölkələrin Aİ standartlarına uyğunlaşdırmalı olduğu xüsusi mövzular toplusu.
Aİ liderləri oktyabrın 1-də Kopenhagendə keçiriləcək görüşdə bu məsələni müzakirə edəcək, ertəsi gün isə onlara Ukrayna və Moldova da daxil olmaqla, digər ölkələrin liderləri də qoşulacaq.
FT Ukrayna baş nazirinin müavini Taras Kaçkaya istinadən yazır ki, Kiyev Budapeşti danışıqlara icazə verməyə inandırmağa ümid edir. Ukraynanın Aİ-yə daxil olması ilə bağlı yekun qərar hələ də yekdilliklə qəbul edilməlidir. Kaçka deyib ki, o, Macarıstanı "hörmət" əsasında mövqeyini "tənzimləməyə" inandırmağa ümid edir.
Avqust ayında Politico xəbər vermişdi ki, Brüssel Avropayönlü qüvvələri dəstəkləmək üçün parlament seçkiləri öncəsi Moldovanın üzvlük prosesini onun üçün danışıqlar klasteri açmaqla sürətləndirmək imkanını müzakirə edir.
Orban Ukraynanın Aİ-yə daxil olmasının Macarıstan iqtisadiyyatı üçün mənfi nəticələr verəcəyini və ölkənin resurslarının tükənməsinə səbəb olacağını iddia edib. O, əlavə edib ki, Ukraynanın birliyə qoşulmasını maliyyələşdirməyəcək.
Nigar
00:25 / 27 May 2026
68
00:19 / 27 May 2026
199
00:19 / 27 May 2026
66
00:17 / 27 May 2026
57
00:08 / 27 May 2026
148
00:01 / 27 May 2026
167
23:59 / 26 May 2026
147
23:56 / 26 May 2026
48
23:55 / 26 May 2026
46
23:48 / 26 May 2026
355
23:47 / 26 May 2026
53
23:40 / 26 May 2026
62
23:29 / 26 May 2026
177
23:27 / 26 May 2026
186
23:22 / 26 May 2026
159
23:18 / 26 May 2026
169
23:15 / 26 May 2026
69
23:13 / 26 May 2026
139
23:02 / 26 May 2026
168
22:58 / 26 May 2026
317
22:49 / 26 May 2026
67
22:45 / 26 May 2026
683
22:41 / 26 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.