SEPAH onlara icazə verdi
27 May 2026, 02:51
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
540
30.09.2025, 11:57
ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli planı Rusiya-Ukrayna müharibəsinin həllinə təsir edə bilər.
Oxu24.com xəbər verir ki,bunu Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff Fox News telekanalına müsahibəsində bildirib.
"Prezident Tramp ümumən sülh istəyir. Bu, təkcə Qəzzaya aid deyil, həm də onun Yaxın Şərqin qalan hissəsinə necə yayıla biləcəyinə, hətta Rusiya və Ukraynaya da şamil oluna bilər", - Witkoff deyib.
Bu, onun ABŞ hökumətinin Fələstin anklavında münaqişəni həll etmək planına cavabı olub.
Witkoff qeyd edib ki, Trampın təşəbbüsü həm Fars körfəzi, həm də Avropa ölkələri tərəfindən dəstəklənir.
Ötən gün ABŞ prezidenti Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib — bu, İsrail liderinin 2025-ci ildə ABŞ-a dördüncü səfəridir.
ABŞ-İsrail danışıqlarının əsas mövzularından biri Qəzza zolağında münaqişənin həlli üçün ABŞ-ın təklif etdiyi 21 bəndlik plan olub.
“Times of Israel” xəbər verir ki, ilk növbədə Witkoffun rəhbərliyi ilə hazırlanan və digər iştirakçıların təkliflərini özündə birləşdirən bu sənəd BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində ərəb və müsəlman ölkələrinə təqdim edilib.
Tramp və Netanyahu arasındakı danışıqlardan sonra Ağ Ev planı açıqlayıb. İlk addım İsrail qoşunlarının çıxarılması və 72 saat ərzində girovların azad edilməsi üçün atəşkəs olacaq. Bunun müqabilində İsrail ömürlük həbs cəzası çəkən 250 fələstinlini və 1700 məhbusu azad edəcək, silahlarını təhvil verən HƏMAS üzvləri isə amnistiyaya çıxacaq.
Qəzzanın idarəçiliyi Böyük Britaniyanın keçmiş baş naziri Tony Blair də daxil olmaqla, beynəlxalq sülh şurası tərəfindən nəzarət edilən müvəqqəti texnokrat Fələstin komitəsinə veriləcək. Plan humanitar yardım, infrastrukturun bərpası və polisə dəstək üçün Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. İsrail zolağı işğal etməyəcəyinə söz verir.
Bundan başqa, sənəd fələstinlilərlə israillilər arasında dialoqu nəzərdə tutur və Fələstin dövlətçiliyi məsələsi qalan bəndlərin həyata keçirilməsinə qədər təxirə salınır.
Miri
00:25 / 27 May 2026
68
00:19 / 27 May 2026
199
00:19 / 27 May 2026
66
00:17 / 27 May 2026
57
00:08 / 27 May 2026
148
00:01 / 27 May 2026
167
23:59 / 26 May 2026
147
23:56 / 26 May 2026
48
23:55 / 26 May 2026
46
23:48 / 26 May 2026
355
23:47 / 26 May 2026
53
23:40 / 26 May 2026
62
23:29 / 26 May 2026
177
23:27 / 26 May 2026
186
23:22 / 26 May 2026
159
23:18 / 26 May 2026
169
23:15 / 26 May 2026
69
23:13 / 26 May 2026
139
23:02 / 26 May 2026
168
22:58 / 26 May 2026
317
22:49 / 26 May 2026
67
22:45 / 26 May 2026
683
22:41 / 26 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.