Qaynar xətt:

(+99450) 247 90 86

Dünyanın ən yaşlı qadınının uzunömürlülüyünün sirri açıqlanıb 

news/2025_09_25/qadin_1758779463.jpeg

DÜNYA

591

25.09.2025, 10:10

Alimlər dünyada ən uzunömürlü insanın DNT-sini araşdıraraq uzunömürlülüyün sirlərindən birini açıqlayıblar.

Oxu24.com  xarici KİV-ə xəbər verir ki, ABŞ-də anadan olub, İspaniyanın şimal-şərqində ötən il 117 yaşında ölən Maria Branyas Morera gündə üç dəfə qatıq yeyib.

Alimlər hesab edirlər ki, onun rasionunda probiotik qatığa xüsusi yer verməsi sağlam qocalmasında mühüm rol oynayıb.

Branyas uzunömürlülüyünü hər zaman şansa və yaxşı genetikaya bağlayıb. Araşdırmalar da onun fikirlərini qismən təsdiqləyib. Lakin hər gün üç dəfə qatıq yeməsi də həyati əhəmiyyət daşıyan faktor kimi qiymətləndirilir. Alimlər müəyyən ediblər ki, onun bioloji yaşı real yaşından 23 il daha gənc olub.

Maria Branyasın pəhrizində qatıqla yanaşı, lifli qidalar da olub. O, hər səhər səkkiz müxtəlif dənli bitkidən hazırlanan smuzi qəbul edib. Bu qidalar bağırsaqdakı faydalı bakteriyalar üçün qida rolunu oynayaraq onların çoxalmasına şərait yaradıb.

Qeyd edək ki, Maria Branyas ömrünün təxminən 110 ilini İspaniyada yaşayıb. O, 2020-ci ildə COVID-ə yoluxaraq dünyada bu virusa qalib gələn ən yaşlı insan kimi diqqət çəkib.Qafqazinfo