Ali Məhkəmənin yeni qərarı hansı məsələləri əhatə edib? - AÇIQLAMA
15 Yanvar 2026, 12:39
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1863
05.12.2025, 14:52
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim edəcəyimiz mövzu polis oqarnlarında necə xidmətə qəbul olmaq olar sualı ilə bağlıdır.
Məlumat üçün qeyd edək ki,Daxili işlər orqanlarında xidmətə qəbul könüllülük əsasında həyata keçirlir.
Xidmətə şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyətli (qadınlar istisna olmaqla), Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədris müəssisələrinə yaşı 18-ə çatmamış orta təhsilli şəxslər də qəbul edilə bilərlər.
Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndis-proqramçı, tədris müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər.
Zərurət yarandıqda tədris müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər qəbul oluna bilərlər.
2. Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxs aşağıdakı sənədləri təqdim edir:
Həmçinin oxuyun
1) şəxsi ərizə;
2) şəxsiyyətini təsdiq edən sənəd;
3) əmək kitabçası;
4) hərbi bilet;
5) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;
6) tərcümeyi-hal;
7) yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar.
3. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqə test imtahanlarından və söhbətdən ibarətdir).
4. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər.
5. Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə tam orta, orta ixtisas və ali təhsilli şəxslər qəbul edilirlər.
6. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi təyinatlı və digər təhsil müəssisələrini bitirən orta ixtisas və ali hüquq təhsilli şəxslər qəbul edilirlər.
Hazırladı: Miri Məcidli
18:42 / 15 Yanvar 2026
24
18:27 / 15 Yanvar 2026
71
18:19 / 15 Yanvar 2026
32
17:56 / 15 Yanvar 2026
1790
17:26 / 15 Yanvar 2026
83
17:11 / 15 Yanvar 2026
443
16:54 / 15 Yanvar 2026
459
16:49 / 15 Yanvar 2026
74
16:26 / 15 Yanvar 2026
2222
15:59 / 15 Yanvar 2026
332
15:28 / 15 Yanvar 2026
171
15:26 / 15 Yanvar 2026
1994
15:17 / 15 Yanvar 2026
388
15:16 / 15 Yanvar 2026
211
15:14 / 15 Yanvar 2026
98
14:14 / 15 Yanvar 2026
198
14:02 / 15 Yanvar 2026
1172
13:57 / 15 Yanvar 2026
387
13:47 / 15 Yanvar 2026
301
13:41 / 15 Yanvar 2026
399
13:38 / 15 Yanvar 2026
450
13:17 / 15 Yanvar 2026
1362
12:50 / 15 Yanvar 2026
126
12:39 / 15 Yanvar 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.