Azərbaycanda qadınların olduğu avtobus aşdı: Xeyli sayda yaralı var -ADLAR
15 Noyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
647
05.12.2025, 14:32
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Qobu Park-1”də 4 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb.
Oxu24.com xəbər verir ki, yanğınla əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin hadisə yerində olduqları bildirilib.
İlkin araşdırma nəticəsində yanğının Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verdiyi müəyyən edilib. Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Əkrəm Əşrəf oğlu Yusifovun həyat yoldaşı 1998-ci il təvəllüdlü Zülfiyyə Ramiq qızı Yusifova və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.
Qeyd edilib ki, Yusif Hüseynov Bakı şəhəri Xəzər rayonu Qala qəbirstanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar.
“Yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür.
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-in araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq”, - açıqlamada vurğulanıb.
18:05 / 15 Noyabr 2026
52
17:53 / 15 Noyabr 2026
112
17:43 / 15 Noyabr 2026
254
17:16 / 15 Noyabr 2026
296
17:12 / 15 Noyabr 2026
1365
17:09 / 15 Noyabr 2026
71
15:50 / 15 Noyabr 2026
97
15:25 / 15 Noyabr 2026
120
15:15 / 15 Noyabr 2026
121
14:47 / 15 Noyabr 2026
167
14:34 / 15 Noyabr 2026
341
14:25 / 15 Noyabr 2026
141
14:19 / 15 Noyabr 2026
116
14:02 / 15 Noyabr 2026
477
13:27 / 15 Noyabr 2026
348
12:55 / 15 Noyabr 2026
1663
12:36 / 15 Noyabr 2026
382
12:28 / 15 Noyabr 2026
170
12:11 / 15 Noyabr 2026
149
11:52 / 15 Noyabr 2026
225
11:43 / 15 Noyabr 2026
149
11:29 / 15 Noyabr 2026
171
11:20 / 15 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.