Qaynar xətt:

(+99450) 247 90 86

El País: Avropa və Kiyev Rusiya prezidentinin Amerika lideri üzərində qələbə qazanacağından qorxur

news/2025_08_15/el_pa_1755249603.jpg

DÜNYA

478

15.08.2025, 13:18

Avropa və Ukrayna Rusiya prezidenti Vladimir Putinlə Ağ Ev rəhbəri Donald Trampın görüşü ərəfəsində “nəfəslərini tuturlar”.

Oxu24.com  xəbər  verir   ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

“Avropa hökumətləri və təkbətək görüşdən kənarda qalan Kiyev nəfəslərini tutur”, – nəşr yazır.

Məqalə müəlliflərinin fikrincə, Avropa və Kiyev Rusiya prezidentinin Amerika lideri üzərində qələbə qazanacağından qorxur.

Nəşr yazır ki, narahatlıqlar Moskva və Vaşinqtonun onsuz da Ukraynadakı münaqişənin həllinə razı ola biləcəyi ilə bağlıdır.

Bundan əvvəl “The New York Times” Alyaska sammitini Rusiyanın böyük qələbəsi adlandırmışdı. Məqalə müəlliflərinin fikrincə, Rusiya ilə ABŞ arasında yüksək səviyyəli danışıqlar Moskvanın beynəlxalq səviyyədə təcrid olunmadığından xəbər verir. Görüş Putinlə Trampın yaxınlaşmasından qorxan Aİ liderlərini də narahat edir.

Nəşr qeyd edib ki, Alyaska sammiti NATO-da nifaq salıb və Ağ Ev rəhbərinin “yeni sərt sanksiyalar” tətbiq etmək hədəsini təxirə salıb.

Vladimir Putinlə Donald Tramp arasında görüş avqustun 15-də Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasında baş tutacaq. Moskva vaxtı ilə təxminən 22:30-da başlayacaq. Ağ Ev danışıqların saat 22:00-da başlayacağına aydınlıq gətirib.

Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiyanın müdafiə naziri Andrey Belousov, Rusiyanın maliyyə naziri Anton Siluanov, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxildir.

Danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin həlli olacaq. Bundan əlavə, tərəflər digər aktual beynəlxalq və regional problemlərə də diqqət yetirəcəklər.

Görüşdən sonra sənədlərin imzalanması nəzərdə tutulmayıb. Putin və Tramp danışıqlar zamanı əldə edə biləcəkləri razılaşma və anlaşmaların dairəsini açıqlayacaqlar.

Nigar