Krıma PUA hücumu olub, ölənlər var
17 Noyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
562
15.08.2025, 12:32
Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modini ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.
Oxu24.com xəbər verir ki, "ölkəniz dünya miqyasında layiqli nüfuza malikdir və beynəlxalq gündəliyin ən mühüm məsələlərinin həllində fəal iştirak edir", - Kremlin saytında dərc olunan teleqramda deyilir.
Rusiya prezidenti Hindistanın sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə qazandığı ümumən tanınan uğurları qeyd edib.
Putinin sözlərinə görə, Rusiya Hindistanla münasibətlərini xüsusi imtiyazlı strateji tərəfdaşlıq kimi qiymətləndirir. O, ölkələrin birgə səylərlə müxtəlif istiqamətlərdə konstruktiv ikitərəfli əməkdaşlığı davam etdirəcəyinə əminliyini ifadə edib.
Putin Modiyə cansağlığı və uğurlar, bütün Hindistan vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıb.
Xatırladaq ki, avqustun 8-də Modi Putinlə telefon danışığı apardığını, söhbət zamanı Ukrayna böhranının müzakirə edildiyini bildirmişdi. Həmsöhbətlər iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını təsdiq etdilər. Modi qeyd edib ki, Rusiya lideri ilə bu il baş tuta biləcək Hindistanda görüşü səbirsizliklə gözləyir.
Miri
11:28 / 17 Noyabr 2026
1
11:00 / 17 Noyabr 2026
64
10:54 / 17 Noyabr 2026
67
10:50 / 17 Noyabr 2026
81
10:45 / 17 Noyabr 2026
72
10:32 / 17 Noyabr 2026
75
10:30 / 17 Noyabr 2026
89
10:22 / 17 Noyabr 2026
74
10:17 / 17 Noyabr 2026
78
10:13 / 17 Noyabr 2026
77
10:00 / 17 Noyabr 2026
84
09:58 / 17 Noyabr 2026
276
09:54 / 17 Noyabr 2026
733
09:45 / 17 Noyabr 2026
80
09:43 / 17 Noyabr 2026
96
09:36 / 17 Noyabr 2026
88
09:33 / 17 Noyabr 2026
392
09:31 / 17 Noyabr 2026
126
09:28 / 17 Noyabr 2026
126
09:25 / 17 Noyabr 2026
99
09:11 / 17 Noyabr 2026
105
09:04 / 17 Noyabr 2026
107
08:26 / 17 Noyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.