Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Odessanı vurdu - Ölən var

DÜNYA

736

19.07.2025, 12:01

Odessada kamikadze dronun çoxmərtəbəli binaya zərbə endirməsi nəticəsində 1 qadın ölüb, binada yanğın baş verib.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, xilasedicilər könüllülərlə birlikdə yanğını söndürüblər.

Yanan mənzillərdən 5 nəfər xilas edilib, 10-a yaxın mülki şəxs xəsarət alıb.