Qaynar xətt:

(+99450) 247 90 86

Qod Nisanov təcili Moskvaya döndü - FOOD CİTY-DƏ nə baş verir?  

DÜNYA

1993

18.07.2025, 15:17

Türkiyənin Bodrum şəhərində istirahətdə olan yəhudi əsilli azərbaycanlı biznesmen Qod Nisanov təcili Moskvaya çağırılıb.

Bu barədə Gununsesi.info-ya daxil olan məlumata görə, Moskvanın məşhur “Food City” ticarət mərkəzinin sahibi olan Qod Nisanovun çağırılmasına səbəb Azərbaycanla Rusiya arasındakı gərkinlikdən sonra yaranmış vəziyyət olub.

Qeyd edək ki, bu hadisədən sonra Rusiya hüquq-mühafizə orqanları azərbaycanlıların kompakt çalışdığı ayrı-ayrı bazarlara reydlər keçirir. Bu reydlər zamanı yüzlərlə azərbaycanlı polis bölmələrinə aparılır. Məlumata görə, Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Food City”yə belə basqın gözlənilir. Sezar pizza

Adıçəkilən bazarda çalışan şəxslərin verdiyi məlumata görə, bazar administrasiyası tərəfindən onlara bu barədə xəbərdarlıq edilib. İki gün əvvəl Bodruma istirahətə gələn Qod Nisanovun təcili özəl təyyarəsi ilə Moskvaya qayıtması vəziyyətin ciddiliyindən xəbər verir.

İddialara görə, hazırda Rusiya prezidenti Vladimir Putinlə əlaqələri kəsilən Qod Nisanov Rusiya Liberal-Demokrat Partiyasının  Leonid Slutski ilə görüşüb. Qeyd edək ki, yəhudi əsilli olan Leonid Slutski Qod Nisanovun yaxın dostudur.