Qaynar xətt:

(+99450) 247 90 86

Litva-Polşa sərhədində uzun avtomobil növbəsi yaranıb

DÜNYA

665

18.07.2025, 15:25

Litva-Polşa sərhədində 7 kilometrə yaxın avtomobil növbəsi yaranıb.

Oxu24.com  xəbər  verir    ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidməti məlumat yayıb.

"Kalvariya şəhərində yerləşən nəzarət-buraxılış məntəqəsinin yaxınlığında təxminən 7 km uzunluğunda avtomobil növbəsi yaranıb", - agentliyin açıqlamasında bildirilir.

İyulun 3-də Polşa Baş Qərargahının rəisi general Wieslaw Kukula Almaniya və Litva ilə sərhədlərin mühafizəsini gücləndirmək üçün 5 min polşa əsgərinin göndəriləcəyini bildirdi.

Polşa Baş Qərargahının rəhbəri qeyd edib ki, “qeyri-qanuni miqrasiya dövlət təhlükəsizliyinə əhəmiyyətli təhlükə yaradır”. Kukula vurğulayıb ki, Polşa belə bir vəzifədən yayına bilməz və sərhədlərdə səmərəliliyi artırmalıdır.

İyulun 7-də Polşa Almaniya və Litva ilə müvəqqəti sərhəd nəzarəti tətbiq etdi.

Bundan əvvəl Litva Polşanın sərhəddəki hərəkətlərini qiymətləndirib.

Miri